Bəyənmədiyimiz sovetlər döründə aparıcı mətbu orqanlar istər respublika ,istərsə də şəhər və rayon qəzetləri yayın işləri bitməmiş öz səhifələrində hay-həşir qoparırdı belə bir rubrika açardılar ;-Siz qışa necə hazırlaşırsınız? Vaxtaşırı reydlər keçirir ,yoxlamalar aparar ,idarə ,müəssisə və təşklatlarda mövcud vəziyyət araşdırılar ,müntəzəm olaraq qəzet səhiflərinə tənqid dolu yazılar çıxarılardı.həmin tənqidi yazılar şəhər rayon partiya komitələrinin bürolarında kəsgin şəkildə tənqid olunardı. Cavabdeh məsul şəxslər cəzalandırılar,tənbeh olunardı. Nəticədə elliklə hər yerdə qarşıda gələn sərt qışa planlı ciddi hazırlıq işləri aparılardı.Beləliklə də nəzərə çarpacaq dərəcədə müsbət irəlləyişlər əldə olunardı .Bəs indi real vəziyyət necədir? Uzağa getməyək bizim Biləsuvar rayonunda ,düzü bu gün reallığı heç də ürək acan deyil. Hamımızın başına gələn misallar göstərək.Hava bir az dəyişən kimi, göyün üzünü bulud alan kimi ,astaca meh-külək əsən kimi bir qayda olaraq işıqlar sönür. Günorta çağı bu o qədər də insaları narahat etmir,.xüsusən axşamlar hava qaranlıqlaşanda bütün evləri, küçələri , ümumilikdə bölgənin böyük qismini qaranlıq bürüyür, hər tərəfə qatı zülmət çökür.Bu kimi anormallıqdan istifadə edən işsiz-peşəsiz toyuq-cücə oğrularının əlinə fürsət düşür.Nəzərdən qacirmayaq ki,payız qış fəsilində havalar soyan kimi qaz o qədər azalır ki, elə bil evdə şam yandırırsan .Soyuq rigizar da bir tərəfdən.Adicə cizkin yağış nəyin ki ,kənd kücələrini Biləsuvar rayonun əsas kücəsi H.Əliyev prospektini yağış suyunun kanalına cevrilir. Yaxud yayın qızmar çağında sular kəsilir ,kanallar quruyur,içməyə bir qaşıq su tapılmır.İnsan həyatının varlığı sayılan su ərşə cəkilir.İllərlə əziyyətlə yetişdirilmiş ,boya-başa catdırılmış yaşıl ağaclar susuzluğdan tələf olur.Bir sözlə, həyət-bağçalarda yaşıllıq, gözəllik qısa müddətdə yoxa çıxir.Yuxaarıda qeyd etdiyimiz ürəkağrıdan xoşagəlməz mənzərənın yaranmasında ,ağrılı-acılı güzaranın baş verməsındə görəsən səbəb nədir ?Elə etmək olmazmı ki, bütün bu cür anormal hallar olmasın ,insanlar niskili anlar yaşamasın. Bəs əlləri heç yerə çatmayan ,səsləri heç yana yetməyən insanların nədir günahı? Bəli ,bizlər müstəqil ,azad həm də sərvətli bir ölkənin vətəndaşlarıyıq desək bəlkədə yanılmarıq.Başbilənlərimiz deyir ki,hec bir mənada (iqtisadi-siyasi) hec bir ölkədən asılacağımız yoxdur.Allaha şükür ki, neftimiz ,qazımız bol ,işığımız ,bəs indiyəcən suyumuz da tükənməzdr..Azərbaycanda böyük Kür,Araz və onlarca irili
xırdalı caylarımız var.Nəyimiz yoxdur ki,? Fəqət, bu gərginlik,mənfilik haqda çox –götür qoy etdim.Belə bir qənaətə gələ bildim.Bu bizim bu millətin bir böyük qüsuru var:-tənbəllik.Unudulmaz mütəfəkki şairimiz Sabirin təbirincə:”-Çırmanırıq kecməyə çay gəlməmiş,başlayırıq qızmağa yay gəlməmiş “.Bəli əsas xəstəlik və şakərimiz məhs budur .İşə vaxtında başlamamağımız.. Rayon rəhbərləri ,aidiyyəti,orqanlar ,idarə təşklatlar əvvəlcədən düşünüb-daşınmalı,qarşıdakı qışı –qarı ,yağışı ,küləyi ,boranı,şaxtanı və sair təbii fəlakətləri nəzərə alıb öz hazırlığını görməlidirlər.Əvəllər belə idi. Təbii ki,hər bir dövrün, zamanın özünə uyğun tələbi ,dəyəri və qənaətbəxş iş üslubu,,ümumən bəyənilmiş ənənəsi ,gərəkli fikir və prinsipləri olmamış deyil.Sınaqdan çıxmış metod və üsullardan imtina etmək düzgün sayılmır.İstər-istəməz keçmişlə bu günün görünməyənlərin əlaqəsi ,yaxınlığı mövcuddur.Necə deyirlər,yaxşını götür,pisi at.Azı hər yamanlığın içində bir yaxşılıq gizlənir.Keçmişə güllə atsan topla qarşılanarsan,deyiblər babalarımız. Uzun sözün qısası ,qışa hazır deyilik.Qarşıdan gələn qışı bilmək olmur,bizi hansı sınaqlara çəkəcək.Bilmək olmur qışda hansı çətinlik və amansızlıq gözləyir bizi.Allah bəlalardan saxlasın !
Əlizadə Nəhmədağaoğlu tel.0556408124
Tarix: 5-12-2017, 16:48