Azərbaycana dondurucu hava gəlir? - "8 ölkədə havanı soyudan silahlar var": Ekoloqdan ilginc İDDİA

Azərbaycana dondurucu hava gəlir? - "8 ölkədə havanı soyudan silahlar var": Ekoloqdan ilginc İDDİA Türkiyənin Ərzurum şəhərində havanın temperaturu qəfil aşağı düşərək -25 dərəcə olub. Bu hava şəraiti Türkiyə üçün xarakterik hesab edilmir.

Maraqlıdır, temperaturunun qəfil aşağı düşməsinə səbəb nədir? Kəskin dəyişiklik Azərbaycana təsir edə bilərmi?


Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru Telman Zeynalov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. Onun sözlərinə görə, müəyyən silahlardan istifadə etməklə havanın temperaturuna təsir etmək olar:
Azərbaycana dondurucu hava gəlir? - "8 ölkədə havanı soyudan silahlar var": Ekoloqdan ilginc İDDİA
“Rusiya, Amerika və Braziliyada qar yağır, bəzi ölkələrdə isə yaydır. Öncədən proqnoz veriblər ki, qlobal istiləşmə olacaq, dünyada su və ərzaq qıtlığı yaranacaq. Yaxın bir həftənin hava proqnozunu verə bilmiriksə, ərzaq qıtlıığı ilə bağlı proqnozu necə verə bilərik? Bu kommersantların oyunudur. Coğrafiyada qlobal istiləşmə adlanan termin yoxdur. İqlim dəyişkənliyi var. İqlim də 60-80 ildən bir dəyişilir. Bu qanundur. Əvvəl noyabrda, bu il isə oktyabrın ortalarında paltoya keçdik”.

T.Zeynalovun sözlərinə görə, dünyanın 8 ölkəsində bu silahlardan istifadə edilir:

“Bu cür silahların əsası Amerikadadır. Onlar istədikləri nöqtəni vura bilirlər”.


Buzlaşma dövrü ilə bağlı fikirlərə münasibət bildirən T.Zeynalov hazırda buzların əridiyini, şimal və cənub qütblərinin yerdəyişməsinin müşahidə olunduğunu deyib.

Türkiyədəki belə dəyişikliyin Azərbaycana təsiri haqqında danışan T.Zeynalov bu ehtimalın sıfıra bərabər olduğunu vurğulayıb:

“Azərbaycan siyasətini normal təşkil etdiyi üçün bizə dəymirlər. Türkiyə öncə Amerikanın, hazırda isə Rusiyanın tərəfdaşıdır”.

Nigar
Tarix: 11-12-2017, 13:41
Xəbəri paylaş





Xəbər lenti