Üçüncü şəxslər niyə araya girir? - Xəyanətin inanılmaz sirri
Çikaqo Universitetinin bu dəfəki araşdırması xəyanətdəki üçüncü şəxslərlə bağlıdır.
A24.az xəbər verir ki, evli kişilərin 20%, qadınların isə 10-15%i həyat yoldaşlarına xəyanət edir. Amma alimlər üçüncü şəxslər “onsuz da evli olan bu xanım və ya bəylərə niyə maraq duyurlar?” sualına statistik nəticələrlə cavab tapmağa çalışıblar.Həmin araşdırmalarda iştirak edən şəxslərin maraqlı fikirlərini sizinlə paylaşırıq:
“Evli olduğunu bilirdim. O da mənim evli olduğumu bilirdi. İkimiz də subay ikən münasibət qurmuşduq. Sonra əlaqəmiz kəsildi. Mən onu Facebookda tapanda artıq 10 idi ki evli idim. Mənim kimi o da xoşbəxt deyildi. Ama həyat yoldaşını tərk etmək istəmidi. Mən də ikinci qadın olmağı qəbul etdim. Mənə gələcəyə aid çoxlu sözlər verirdi. Bir gün vicdanım məni təngə gətirdi. Nəhayət, münasibəti bitirdim. Onun da, öz həyat yoldaşıma da hər şeyi dedim”- K.R.
“Hər şeyi bilə-bilə seçdim. Mənimlə eyni statuslu (evli və uşaqlı) birinə ehtiyacım var idi. Evlənməmişdən əvvəl mənə marağı olduğunu bilirdim. O da evli idi ama mənə yox demiyəcəyini bilirdim. İllər idi bir – birimizi görməmişdik. Əlaqəmiz isə heç vaxt kəsilməmişdi. Onun yaşadığı şəhərə qayıtdım və onunla əlaqə saxladım. Görüşməyi təklif etdim. Əvvəlcə tərddüd etsə də, sonra qəbul etdi. Gece yarısı görüşdük. Vidalaşarkən məni öpən o oldu. Bundan sonra münasibətimiz 7 il davam etdi. Hələ də qəsdən onu seçdiyimi bilmir” — A. C.
Tarix: 12-12-2017, 21:08