İkinci arvad axtaran müsəlmanlar üçün sayt açıldı

İkinci arvad axtaran müsəlmanlar üçün sayt açıldı Özünə ikinci ər və xanım axtaranlar üçün dini sayt açılıb. Saytın əsas məqsədi qadın və kişilərin günaha girmədən dini kəbinlə öz cinsi tələbatlarını ödəməyə xidmət edir. Burada anonimlik qorunmaqla şəxslər arasında əlaqə yarada biləcək.
İngiltərə və İndoneziyadan sonra Türkiyədə ikinci ər və ya arvad axtaranlar üçün dini portalın yaradılması ciddi reaksiyaya səbəb olub. Qaydaya əsasən ikinci ər və ya arvad axtaran şəxsin əsl adları gizli saxlanılacaq.
Gununsesi.info ODA TV-yə istinadən xəbər verir ki, bütün səmavi dinlərin icazə verdiyi ikinci ər və ya arvad axtarmaq mədəniyyəti Türkiyənin də mədəniyyətində bəzi problemlərin həllinin çözüm yoludur.
Qaydaları sizə təqdim edirik:
– Xanımı ilə bütün əlaqələri kəsilsə də, müəyyən səbəblərdən ayrılmayan kişilər;
– Müxtəlif səbəblərdən evlənmək istəməyən, eyni zamanda günah işlətmək istəməyən xanımlar;
– Evlənə biləcəyi bir kişi ilə rastlaşmayan xanımlar;
– Çarəsizlikdən müəyyən əxlaqsız yollara əl atmış və bundan sonra hansısa günah işlətmək istəməyən xanımlar;
– Günaha girmədən cinsi ehtiyaclarını ödəmək istəyən kişi və xanımlar;
– Evlənmək istəyən hər bir şəxs.

Yeni yaradılan saytın rəhbəri bildirib ki, bu yolla dini-mənəvi qaydaları pozmadan insanlara xidmət etmək, insanları günaha və pis yola getmədən onlara düz yol göstərmək istəyir.
Tarix: 13-12-2017, 09:11
Xəbəri paylaş





Xəbər lenti