Həkimlər telefonun yanında yatmağın ziyan olduğunu bildirirlər

Həkimlər telefonun yanında yatmağın ziyan olduğunu bildirirlər
Kaliforniyanın Səhiyyə Departamentinin əməkdaşları xəbərdarlıq ediblər ki, yuxu zamanı insanları smartfonları özündən ən azı bir əl məsafəsində saxlamaq lazımdır.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Qeyd edilir ki, mobil telefonlarda şüalanma dozası, hansını ki, insan yuxu ərzində alır, xərçəng və sonsuzluğun inkişafı riskini əhəmiyyətli dərəcədə artıra bilər.

"Telefonu yanında saxlamaq heç vaxt yaxşı ideya hesab edilmir", - deyə doktor Devra Devis qeyd edib.

Jurnalistlərin sözlərinə görə, mobil telefonların istehsalçılarının özləri faktiki olaraq bu avadanlığın sağlamlıq üçün təhlükəsini bilirlər. Və təlimatlarda onun haqqında xəbərdarlıq edirlər.

Mütəxəssisləri ən çox narahat edən odur ki, insanlar telefonda zəngli saatı quraşdırırlar və onu özlərinin yanına qoyurlar.
Tarix: 17-12-2017, 08:31
Xəbəri paylaş





Xəbər lenti