“2018-ci ildə yeni qarşıdurma dövrü başlayacaq” – Tanınmış astroloqdan proqnoz

“2018-ci ildə yeni qarşıdurma dövrü başlayacaq” – Tanınmış astroloqdan proqnoz Artıq 2017-ci ilin yekunlaşmasına sayılı günlər qalıb. Qarşıdan 2018-ci il – İt ili gəlir. Astroloji baxımdan 2018 sarı İt ili hesab olunur. Bəs, bu ilin özəllikləri nədir? İt ili kimlərə nə vəd edir? Ölkəmiz üşün bu ildən nə gözləmək olar?

“Qoroskop” qəzetinin baş redaktoru, tanınmış astroloq Səbuhi Rəhimli qarşıdan gələn Sarı it ili ilə bağlı gözləntilərini və proqnozunu bölüşüb.

– Səbuhi bəy, öncə üzümüzə gələn il barədə məlumat verərdiniz.


– Qarşıdan Sarı it ili gəlir. Öncə bildirim ki, yeni astronomik il 2018-ci il fevral ayının 16-da (Bakı vaxtilə saat 01:05 dəqiqədə) start götürəcək. Ünsürü Torpaq, himayədar planeti Venera, aparıcı bürcləri Buğa, Tərəzi, aparıcı işarələri İt, Pələng, At, rəngi sarı, narıncı, mavi, göy, daş-qaşı sapfir, əqiq, zümrüd, mirvari, metalı bürünc, çiçəyi bənövşə, qızılgül, talismanı ürək və qızıl öküzdür.

İt illərində aktiv əraziləri adətən Rusiya, Avstriya, İsveçrə, İrlandiya, Polşa, Avstraliya, Qafqaz, Çin, Yaponiya, Tailand, İran, İraq və Əfqanıstan olur.

– İt ilində insanları nə gözləyir? Aclıq, qıtlıq, təbii fəlakət və s. baxımdan nələri yaşaya bilərik?

– İt ilinin mövcud olduğu bütün dövrlərdə qüvvələr nisbəti tarazlaşır, zəif tərəf olmur. İki güclü əks qütbün qarşıdurması isə həmişə qorxuludur. Bəhs etdiyimiz illərdə qanunlar daha sağlam və sərt işlədiyindən qanundankənar fəaliyyət göstərənləri təhlükəli risk qarşısında qoyur. Bundan başqa, ötən Xoruz ilinə nisbətən bu dövrdə iddialar yalnız söz və debatlarla yekunlaşmır. Bir sözlə, il boyu rəqib qüvvələrin yeni qarşıdurma dövrü başlayacaq və bu, mütləq bir sonluqla tamamlanacaq.

İt ili həm də dünyada mövcud olan siyasi fikir ayrılıqlarını qaydasına salır, müharibələri dayandırır, insanlarda vəhdət və birlik yaradır, xalqları milli özünüdərkə aparır. Yerin ahəngi əsaslı şəkildə bərpa olunur, böyük və müsbət dəyişikliklərə yol açır. Necə deyərlər, bataqlıqların qurudulması prosesi başlayır.

Bu illərdə nigahlar artır, yeni hərbi münaqişələr olmur, texnologiyada yeniliklər olur. İt – qabiliyyətli, istedadlı insanları məşhurlaşdırır, yeni liderlər yetişdirir.

– İt ilində kimlər, hansı illər, hansı bürclər altında doğulanlar özlərini rahat hiss edəcək? Kimlər üçün gələn il ağır olacaq?

– Əvvəldə dediyim kimi, Buğa və Tərəzi aparıcı işarələrdir. Deməli, ildən daha çöx mənfəət götürənlər Torpaq (Buğa, Qız və Oğlaq) və Hava (Əkizlər, Tərəzi, Sutökən) ünsürlüləri olacaq.

Su və Od işarəli bürclər, həmçinin Əjdaha, Siçovul və Meymun illəri bir qədər çox çalışmalı, diqqətli olmalıdırlar.

– Bu gün hamını dolların məzənnəsi, qiymətlərin artıb-artmayacığı maraqlandırır. İqtisadçı olmadığınızı bilirəm, ona görə də gələn il bizi ağır iqtisadi sınaqlar gözləyir, yoxsa çətinliklər bu ildə qalcaq?

– Təəssüf ki, aylar öncə mediaya bildirdiyim kimi, bir çox səbəbdən ilk dəfə 2018-ci il üçün heç bir ictimai-siyasi proqnoz verməyəcəyəm.

– Səbəbləri bizə açıqlaya bilərsinizmi?

– Səbəblər az deyil. Məsələn, biri odur ki, hər ilin sonunda jurnalistlərimizi yalnız yeni, üstəlik təlatümlü, sensasiyalı proqnozlar maraqlandırır, əvvəlki proqnozların təhlili isə sanki maraq dairəsində deyil.

Bu yeni il ərəfəsində çoxsaylı jurnalistlər məndən yeni proqnoz istəyəndə bildirdim ki, gəlin əvvəlcə saytınızda, qəzetinizdə çıxan köhnə proqnozların təhlilini aparaq, sonra da yeni proqnozlara keçək. Hamısı imtina etdi.

Onsuz da mən hər ilin sonunda bir il əvvəl verdiyim proqnozların hesabatını mətbuata açıqlayıram. Təəssüf ki, başqaları bunu etmir və hər il cəfəng, qorxulu və sensasiya xətrinə saysız-hesabsız “proqnoz” verirlər. Çünki bilirlər ki, onlardan hesabat tələb olunmayacaq. Digər səbəbləri isə, icazə verin, özümdə saxlayım.

– Yaxşı. O zaman deyə bilərsinizmi, 2017-ci il üçün verdiyiniz proqnozlardan neçəsi özünü doğrultdu?

– 25 proqnozumdan təxminən 24-ü reallaşıb. Yalnız biri hələ ki həyata keçməyib.

– 2002-ci ilin sonunda “Reytinq” qəzetinə verdiyiniz müsahibədə belə bir ifadə işlətmişdiniz: “Yaxın 20 ildə Azərbaycanda qadın prezident olmayacaq”. Proqnozunuzun üstündə dayanırsınızmı?

– Yaşayarıq, görərik…

– O zaman ümumi deyə bilərsinizmi, İt ilində siyasi təlatümlər, inqilablar, iğtişaşlar xarakterikdirmi, yoxsa daha sakit bir dönəm olacaq?

– Tarixi xronologiyaya baxanda qarşıdan gələn İt ilinin çox təzadlı, hətta ziddiyyətli mənzərəsini görürük. Buna baxmayaraq, yüzlərlə hadisəni təhlil edib gəldiyimiz qənaət bu oldu ki, İt illərində əsasən münaqişələrin dayandırılması, sülh müqavilələri, azadlıqların bərpası və birləşmələr baş verir. Hər halda yola saldığımız ifrat gərginlik və müharibələr içində keçən, sövdələşmələri pozan, siyasi ədalətsizliyə dəstək verən Xoruz ilindən fərqli olaraq yeni il sakitliyin bərpasına çalışır. Yəqin elə bu səbəbdən orta əsrlərin çinli astroloqları qarşıda duran dövrü “Xoruzun dağıtdıqlarını İtlər yığışdıracaq”,- deyiblər.

İt ilində olan bir neçə hadisəni oxucularımızın nəzərinə çatdırım, qoy nəticəni özləri çıxarsınlar:

Qanlı Çaldıran döyüşü baş verib və Osmanlılar Təbrizi işğal edib, Şamaxı xanlığı ləğv edilib, Rusiyada məşhur dekabristlər edam olunub, İran şahzadəsi Abbas Mirzə Şuşanı tutub, SSRİ qurulub, Türkiyənin hərbi və siyasi xadimi Ənvər Paşa Tacikistanda qətlə yetirilib, İngiltərənin Misir üzərində protektoratlığı ləğv edilib, Adolf Hitler Almaniyada prezident hakimiyyətini mənimsəyib, BMT-də Fələstin və İsrail dövlətlərinin yaradılması barədə qərar çıxarılıb, Təbriz Universiteti açılıb, Rusiya Çeçenistana hücum edib, Bakı metrosunda iki dəfə terror törədilib, Bakıda neft hasilatına dair sənəd – “Əsrin müqaviləsi” imzalanıb, Dağlıq Qarabağ müharibəsində atəşkəs elan olunub, Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilov qətlə yetirilib, avtoritet Hikmət Muxtarov (Sabirabadlı Hikmət) qətlə yetirilib, İranda türkləri aşağılayan məlum karikatura qalmaqalı başlayıb, İraqın keçmiş dövlət başçısı Səddam Hüseyn edam edilib, Haaqa türməsində Yuqoslaviyanın keçmiş prezidenti Slobadan Miloşeviç vəfat edib və s.

– İt ilində müharibələr başlana bilirmi?

– Tarixə baxanda görürük ki, bu illərdə heç bir böyük müharibə başlamayıb, əksinə, xeyli sayda müharibələr dayandırılıb. İt illərinə adətən məhəlli münaqişələr, inqilab və çevrilişlər daha xarakterikdir.
Tarix: 18-12-2017, 10:11
Xəbəri paylaş





Xəbər lenti