İntim həyata mənfi təsir göstərən amilləri məhz belə adlandırmaq olar-seksin təhlükəli düşmənləri. Təəssüf ki, bu amillər insanların gündəlik həyatına bir vərdiş kimi daxil olub və onlarla vidalaşmaq böyük problemə çevrilib. Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.
Cinsi fəaliyyəti zəiflədən, seksual istəyi azaldan amillər hansılardır? Bu “qara siyahı”ya hansı vərdişlər başçılıq edir?
1. Spitrli içkilər bu siyahıda liderlik edir. Xüsusilə, alkoqoldan çox miqdarda istifadə etmək nəinki potensiyanı zəiflədir, o cümlədən, bütövlükdə orqanizmi məhv edir. Müntəzəm olaraq spirtli içki qəbul edənlərdə cinsi həvəs sönür, potensiya zəifləyir, vaxtından əvvəl intim həyata son qoyulur.
2. Dərman pereparatlarının düzgün qəbul edilməməsi cinsi fəaliyyətə olduqca mənfi təsir göstərə bilər. Xüsusilə, kişilər hipertoniya və diabet üçün dərmanlardan ehyiyatla, ciddi həkim təyinatı altında istifadə etməlidirlər. Dərman qəbulunda qadınlar da diqqətli olmalıdırlar.
3. Artıq çəki normal intim həyatın düşmənlərindən biridir. Səbəb çox sadədir. Artıq çəkisi olanların sekslə məşğul olmağa gücü çatmır. Gün ərzində artıq kiloqramları gəzdirən insanın gecə yataq oyunlarına nə həvəsi qalır, nə də enerjisi.
4. Siqaret intim həyatın təhlükəli düşmənləri siyahısında ən populyarıdır. Məlum olduğu kimi nikotinin damarlar üzərində təsiri böyükdür. Belə ki, siqaret çəkənlərin damarlarında baş verən spazmalar qan dövranını pozur, o cümlədən, cinsi orqanların qan təchizatına da kifayət qədər əngəlliklər törədir.
5. Stressə məruz qalan insanlarda kortizol hormonu artır ki, bu da öz növbəsində cinsi fəaliyyətə mənfi təsir göstərir. Həmçinin, yuxusuzluq, yorğunluq, istirahətsiz iş rejimləri də intim həyat üçün lazım olan gücü insandan alır.
6. Seksin düşmənləri arasında qəhvə də yer alıb. Qəhvədən həddindən artıq istifadə damarlarda daralmaya səbəb olur ki, nəticədə, kişilərdə erkən eyakulyasiya - spermanın xaric olması həddindən artıq tez baş verir.
7. İntim həyatın düşmənlərindən biri də seksə olan münasibətdir. Bu, xüsusilə, kişilərə aiddir. Əgər seks kişi üçün sadəcə bir idman, yaxud fiziki aktivlik hadisəsidirsə, nə vaxtsa o, bu “mexaniki” əyləncədən imtina edəcək. İnsan üçün intim həyat mənəvi istəyin yataqda fiziki gerçəkləşməsi olmalıdır.
Seksin bu təhlükəli düşmənlərindən özünüzü qoruyun ki, normal intim həyatınızla ömrünüzə zövq qatasınız.
İlham Cəmiloğlu
Tarix: 18-12-2017, 22:06