Təhsil ocaqları birləşdirilir - Çox sayda insan işsiz qala bilər
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin göstərişi ilə məktəbdənkənar təhsil müəssisələrin birləşdirilməsinə başlanılıb.
BakuPost.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Naxçıvandakı mənbələr məlumat verib.Məlumatda bildirilir ki, rasionallaşdırma adı altında bir çox məktəbdənkənar təhsil müəssisələri ləğv edilərək digərlərinə birləşdiriləcək. Nazirliyin həyata keçirəcəyi tədbirlər nəticəsində çoxlu sayda təhsil işçisinin də ixtisara salınması gözlənilir. Prosesin tam olaraq yanvar ayında yekunlaşacağı bildirilir.
Qeyd edək ki, bir müddət öncə keçmiş Təhsil Naziri Mikayıl Cabbarovun 233 saylı əmrinə əsasən paytaxtda və ölkənin digər regionlarında fəaliyyət göstərən 300-ə yaxın məktəbdənkənar müəssisə üzrə də birləşdirilmələr aparılmış və bir çox işçilər ixtisar edilmişdi.
Tarix: 26-12-2017, 23:09