İlin yalanını danışan nazir: Pensiya, müavinətlər gecikir, əlillər qapılarda sürünür...

İlin yalanını danışan nazir: Pensiya, müavinətlər gecikir, əlillər qapılarda sürünür...
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilin yalanını danışıb desək yanılmarıq

Palitika.Az xəbər verir ki, nazir ilin sonunda bütün müavinətlərin və pensiyaların ödənildiyini açıqlayıb.

S.Müslümov prezidentə hesabat xarakterli çıxışı ilə diqqətə çatdırmaq istəyib ki, bütün zümrələr üzrə təqaüdlər vaxtı-vaxtında verilir.


Nazir dövlət rəhbərliyinin qarşısında özünü göstərmək üçün 2017-ci ilin ağ yalanını danışıb.

Respublikanın əksər bölgələrində Dövlət Sosial Müdafiə Fondunun şöbələri müavinətləri kəsirlə verir.

Hətta redaksiyamıza gələn xəbərlərə görə, ötən ayın sosial yardımları hələ də tam olaraq ödənməyib.

Şöbələr fondda vəsait olmadığını bəhanə edərək bayramqabağı əhalinin aztəminatlı təbəqəsini çətin vəziyyətə salırlar.

Ölkə başçısının gözündə islahatçı nazir obrazına girən S.Müslümovun danışdığı yalanlar sosial şəbəkələrdə, oxucu məktublarında etirazla qarşılanır.

Vətəndaşlar hər gün pensiya ümidi ilə bankomatların qabağında növbə gözləyirlər. İnsanları möhtac içində yaşamağa məhkum etmək dövlətin adına utancverici haldır.

ƏƏSMN rəhbərliyi isə əyalətlərdə, rayonlarda pensiya, sosial müavinət alan insanların hələ də pul gözlədiyini gizlədir və prezidentə saxta məlumatlar verir.

Guya ünvanlı sosial yardım sistemində şəffaflıq yaradır. Əslində isə ancaq bu sistemdə korrupsiyanın mərkəzləşdirilməsi işinə girişdi. Ünvanlı sosial yardımın təyinat müddətini 1 ildən 2 ilə qaldırdı.

Bununla onun yerlərdəki işçiləri başladılar rahat şəkildə kasıb insanların 2 il müddətinə təyin olunan yardımlardan 8-9 ayın pulunu mənimsəyərək Nazirlikdə qurulan korrupsiya şəbəkəsinin başçısı Əjdər Cəbiyevə ötürməyə. Pul aldıqlarına görə kimə gəldi yardım təyin etdilər.

Nəticədə planı artıqlaması ilə doldurduqlarından başladılar həqiqətdə yardıma ehtiyacı olanlara yardım təyin etməmək üçün əngəllər yaratmağa. Bu isə bu təbəqədən olan insanlarda haqlı narazılıqlar yaratdı.

Palitika.Az xəbər verir ki, sosial müdafiə sahəsində S.Müslümovun yaratdığı yeni sistem narazılığa səbəb olub.

Hazırda əlillik dərəcəsi almaq istəyən həqiqi xəstələr nazirlik tərəfindən süründürülür. Belə ki, əlillik üçün elektron müraciət sistemi qarışıqlıq yaradıb.

Məsələn, Beyləqan sakini xəstəlik epikrinizi elektron müraciətlə göndərəndə onun sənədləri Lənkərana yaxud Qəbələyə gedib çıxır.

Həmin “VTEK” isə başdansovdu baxaraq cavab verir ki, sənin müalicəyə ehtiyacın var və əlillik dərəcəsi düşmür. Bu şəkildə yüzlərlə həqiqi xəstə, əlil vətəndaşlar pensiyadan məhrum olunurlar.

Əvvəllər, əlillik dərəcəsi üçün “VTEK”ə gedən vətəndaşın müraciətinə baxılırdı, araşdırılırdı. S.Müslümov isə guya rüşvətin kökünü kəsmək üçün elektron müraciət sisteminə keçid edib.

Bu sistem isə insanları çarəsiz vəziyyətə salır, əlillik dərəcəsi verilmir. Bu günlərdə saytımızda dəri-zöhrəvi xəstəsi olan bir vətəndaşın da müraciətini yaymışdıq.

Nazirlikdən xahiş olundu ki, həmin vətəndaşın problemi həll olunacaq. Amma hər vətəndaşın problemini tək-tək mətbuata çıxarmaq mümkün deyil.
Bu sistem işlək olmalıdır. Nazir isə öz işçilərinə rüşvət almayın demir, neqativ halların qarşısını almaq üçün elektron versiyaya keçid edir.

Deməli, S.Müslümov isə işçilərinə güvənmir. Faktiki olaraq isə elektron müraciət heç bir şəffaflığı təmin etməyib və əksinə, vəziyyəti ağırlaşdırıb.

Səlim Müslümovun işçiləri tərəfindən daha çox insana saxta yolla pensiya təyin olunur və plan bu cür pensiyaçılarla dolduğundan hər dəfə pensiya yaşının artırılmasına ehtiyac yaranır.

Bu yolla pensiya sahəsində sosial ədalət prinsipi məhv edilir. Həqiqətdə pensiya almağa haqqı olanlar onu ya vaxtında ala bilmir, ya da ümumiyyətlə ala bilmir.

Burada ən paradoks hal ondan ibarətdir ki, yol verdiyi korrupsiyaya görə, pensiya sahəsində sosial ədalət prinsipini məhv etdiyinə görə töhmət almalı olan Səlim Müslümov əksinə, buna görə hakimiyyətdən alqış alır: pərdə arxasında pensiya yaşını artırmaqla nə qədər vəsaitə qənaət olunduğunu özünün uğuru kimi təqdim etməklə.

Palitika.Az
Tarix: 28-12-2017, 22:44
Xəbəri paylaş





Xəbər lenti