Bu şəxslərin qazı kəsiləcək - proses başlayıb - VİDEO

bitmap-img6

Hamam otaqlarında suqızdırıcıların istifadəsi qadağan edilir. Bununla bağlı vətəndaşlara 1 ay vaxt veriləcək.

Xezerxeber.az-ın məlumatına görə, 30  gün  ərzində  qaydalara əməl etməyənlərin qazı kəsiləcək.

Lakin  ekspertlər bu məsələdə fərqli düşünürlər.

Ekspert Nüsrət Qasımov hesab edir ki, bu cihazlardan istifadə  etmək olar, amma bəzi qaydalara əməl etmək lazımdır.

Lakin “Azəriqaz”da hesab  edirlər ki, hamamda suqızdırıcıların istifadəsinə icazə verilməyəcək.

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu aydan etibarən texniki müayinələrin aparılmasına başlanıb. İlkin mərhələdə aparılan yoxlamalar zamanı qanuna uyğunsuzluqların  aradan qaldırılması üçün vətəndaşlara xəbərdarlıq ediləcək. Əgər problem həll olunmasa bu zaman həmin abonentlər barədə tədbirlər görüləcək.


“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, suqızdırıcıların yalnız mətbəxlərdə quraşdırlmasına icazə veriləcək. Bununla bağlı xüsusi tələblər var.

Xatırladaq ki, təkcə bu ay ərzində Kliniki Tibbi Mərkəzə dəm qazı zəhərlənməsi səbəbi ilə 199 nəfər müraciət edib.
Tarix: 31-01-2024, 10:43
Xəbəri paylaş





Xəbər lenti