Mehdiyevlərin bankının yeni rəhbəri işdən çıxarıldı

 
“Bank BTB” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik olub.
Siam.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Bankın MŞ-nın üzvü Rövşən Fərhad-zadə vəzifəsindən azad olunub.
Qeyd edək ki, o, bu vəzifəyə ötən il martın 13-də təyin olunmuşdu.
Hazırda “Bank BTB” ASC-nin Müşahidə Şurası sədr və bir üzvdən ibarətdir.
Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.
Tarix: 5-02-2024, 13:55
Xəbəri paylaş





Xəbər lenti