Suraxanı Rayon İcra Hakimiyyəti məhkəməyə verildi


Azərbaycan Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Suraxanı Rayon İcra Hakimiyyətini məhkəməyə verib. 
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, işin mahiyyəti inzibati orqanın aktları və hərəkətləri, torpaq münsibətləri ilə əlaqədar yaranmış mübahisələrdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin işinə 9 aprel tarixində Bakı İnzibati Məhkəməsində hakim Nəriman Abıyevin asədrliyi ilə baxılacaq.
Tarix: 11-03-2024, 14:37
Xəbəri paylaş





Xəbər lenti