“Kontakt Home” yenə də narazılıq yaradır... - BU NƏDİ BELƏ?!


Barəsində ən çox şikayətlər olan "Kontakt Home" özünü rəsmən özbaşına və toxunulmaz hiss edir. Hər halda, görünəni budur. Dia-az.info bildirir ki, cəzasızlıqq səbəbindən sözügedən şirkətdən narazılıq edənlər günbəgün artır və az qala bir orduya çevrilir.

Bütün bunların müqabilində "Kontakt Home" nə edir? Ondan narazı olan müştəriləri rəsmən ələ salır... Bu barədə narazı vətəndaşlardan biri Orxan adlı istifadəçi isə olduqca ilginc bir fakta toxunur"

" "Kontakt Home"-un 10 ildən çoxdur daimi müştərisiyəm, bütün elektronika avadanlıqlarını oradan almışam indiyə kimi. Hal-hazırda bir problem yaranıb, düz 4 aydır loru dildə desək, məni gic yerinə qoyub yola verirlər, heç bir sistemləri düzgün işləmir, Özlərinin səhvi ucbatından olan şikayətə baxılması üçün düz 5 nəfər pilləli şəkildə məsələyə qoşulur, güya öz aləmlərində bürokratiya yaradıblar. Müştəri tərəfindən isə aqressiyaya məruz qalan isə yalnız telefondakı operatorlardır, tapşırılıb ki, yola verin heç kimi calamayın özünüz həll edin.
Sonda da bir "Legal 12" hüquq şirkəti var deyirlər bizimlə işləyir gedib ora şikayətinizi onlara bildirin. Bu nə geydirməlik bu nə qeyri professional yanaşmadır ? Adi satış meneceri satdığı məhsul haqqında heçnə bilmir. Əl qərəz deyirəm siz də bilin, heç kim gedib onlardan heçnə almasın, bildiyiniz fırıldaqçıdırlar mən isə məhkəmədə görüşəcəm.

Dia-az.info bildirir ki, bu "Legal 12" ələsi ilə bağlı başqa bir vətəndaş da belə giley edir:

Azer Cafarzade - Tanıdığım ən saxtakar bir şirkət. Bu "Leqal 12" də saxtakarın öndə gedənidir. Hər cür saxtakarlıq orda mövcuddur... başa düşmürəm bu dövlət idarələri niyə ora bir nəzarət etmir...

Göründüyü kimi, indi də "Kontakt Home" "ilanı Seyid Əhməd əli ilə tutur"... Yəni müştəriləri "Leqal 12" adı altında oyalamaqla məşğuldur.

Qeyd edək ki, elə digər müştəriləri də bu şirkətlə bağlı heç də yaxşı fikirdə deyillər...

“Kontakt Home” yenə də narazılıq yaradır...

Tarix: 16-03-2024, 11:54
Xəbəri paylaş





Xəbər lenti