Naxçıvanda onların maaşı azaldıldı, təhqir edildilər: “üç qəpik…” – VİDEO
Naxçıvanda Sanitar Təmizlik İdarəsinin işçiləri etiraza qalxıblar. Səbəb işçilərə heç bir xəbərdarlıq edilmədən, əsas göstərilmədən maaşlarının aşağı salınmasıdır.
Globalinfo.az xəbər verir ki, bununla bağlı etdikləri müraciətlərə isə hələ də cavab ala bilməyiblər. “Bizə üç qəpiklik deyib təhqir etdilər. Hamımız bura pul qazanmaq üçün gəlmişik. Maaşımız 674 manat idi, heç bir əsas gətirilmədən əvvəlcə 629, daha sonra isə 560 manata endirdilər. İndi biz bilmək istəyirik ki, bu fəhlələrin stabil maaşı nə qədərdir. Dörd-beş aydır heç bir qurumdan bizə cavab verən yoxdur. İdarənin rəhbərliyinə də müraciət etdik, məhəl qoymadılar”, – deyə şikayətçi bildirib. Ətraflı Baku TV-nin süjetində: