`Bu havada neftçilərin HALINI soruşan oldumu?` - ETİRAZ


“Hər ay maaşımızdan həmkarlar təşkilatının hesabına bir faiz köçürülür. Guya könüllü olaraq üzvlük haqqı köçürürük. Amma neftçinin, fəhlənin hüququnu müdafiə etməyə gəldikdə həmkarlar təşkilatından səs çıxmır”. Bunu dia-az.info-ya "Azneft"də - Neft Daşlarında işləyən bir qrup neftçi deyib. Onların sözlərinə görə, digər dövlət idarə və təşkilatlarında, nazirliklərdə çalışanların maaşları artırılıb. Neft şirkətlərində isə maaş artımı yalnız rəislərə, onların müavinlərinə şamil edilir. Xüsusilə dənizdə çalışan neftçilərin daşınmasında problemlər var. Küləkli, dumanlı havalarda neftçilər saatlarda növbənin dəyişməsini gözləyirlər.

Neft daşlarında çalışan neftçilərdən biri deyib ki, maaşlarla bağlı narazılıq edənlərin sayı çoxdur. Lakin indiki halda heç kim işini itirmək qorxusundan səsini çıxara bilmir.

“Tək-tək etiraz edən, yaxud şirkət rəhbərliyinə rəsmi müraciət edənlər susdurulur. Həmkərlar təşkilatları isə işçinin müdafiəsinə qalxmır. Bu havada neftçilərin halını soruşan oldumu?”,- neftçi deyib.
Tarix: 4-04-2024, 18:37
Xəbəri paylaş





Xəbər lenti