AYNA ilə keçmiş işçisi arasında qalmaqal - TƏFƏRRÜAT

AYNA ilə keçmiş işçisi arasında qalmaqal
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məhkəməyə verilib.
32Gun.az xəbər verir ki, iddiaçı Ağayev Şahin Hacı oğludur.
O, AYNA-nın keçmiş işçisidir. Şahin Ağayevin iddia tələbi işə bərpa ilə bağlıdır.
Birinci instansiya məhkəməyə onun iddiasını təmin etməyib.
Şahin Ağayev apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Cavanşir Yusifovun sədrliyi ilə baxılacaq.
Tarix: 11-04-2024, 10:34
Xəbəri paylaş





Xəbər lenti