Açıqlanan sonuncu rəsmi məlumata görə Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib.
Siam.az xəbər verir ki, vəfat edənlərin 33 min 157 nəfərini kişilər, 27 min 653 nəfərini isə qadınlar təşkil edib.
Vəfat edən kişilərin isə 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan ölüblər.
Məlumat üçün qeyd edək ki, 1 iyul 2020-ci tarixindən etibarən Azərbaycanda kişilər 65 yaşından sonra penisyaya çıxırlar.