AAYDA-dan əmək haqqı tələbi


"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" Publik Hüquqi Şəxsi məhkəməyə verilib. 
Qaynarinfo-nun məlumatına görə, dövlət qurumu barəsində məhkəməyə Cümşüdov Vahid Nəsib oğlu müraciət edib.

V.Cümşüdov məhkəmədə "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" Publik Hüquqi Şəxsi barəsində "Əmək mübahisələri - Əmək haqqı tələbi” iddiası qaldırıb. 

İşə Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq. 

Məhkəməyə hazırlıq iclası 27.05.2024-cü il tarixinə təyin edilib.

Tarix: 22-04-2024, 22:35
Xəbəri paylaş





Xəbər lenti