"Yetim fəhlə 500 manatla NECƏ DOLANMALIDIR Kİ?" - ETİRAZ
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı tərəfindən dənizdə və quruda işləyən sıravi neftçilərin əməkhaqqılarının artırılması məsələsinə xüsusi diqqət ayırmaqdayıq.
Qeyd edək ki, bu olaya sosial şəbəkələrdə də geniş şəkildə müzakirə olunmaqdadır. Bunu nəzərə alaraq dia-az.info növbəti neftçi şikayətini təqdim edir. Beləliklə neft çalışanları adından edilən müraciətdə deyilir:
"Fəhlələri adam yerinə qoymurlar. 400-600 manata neftçi saxlayarlar? Bunun adı rəsmən qansızlıqdır, amansızlıqdır, zülümdür, ölkənin inkşafina, inkişaf göstəricilərin, ölkənin inkiuşafı üçün dəridən-qabıqdan çıxan ölkə rəhbərliyinə xəyanətdir. 500 manata yox eee... heç 1000 manata da neftçi ailə saxlaya bilməz... Anlamırlar bunu yuxarıda oturanlar? Təhsili bərbad gündədir. 1 uşağın hazırlığına, geyiminə, yoluna ən azından 400-500 lazımdır.... Bəs usaq sayı 2-dirsə? Bəs yemək? Bəs kommunal xərclər? Dərmanlar? Geyim... cərimə? Yol-filan pulu? Yetim fəhlə 500 manatla NECƏ DOLANMALIDIR Kİ?" Dia-az.info