Buzovna sakinləri zibil konteynerlərindən təngə gəliblər - VİDEO
Xəzər rayonu, Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsində yaşayan sakinlər dörd ildir ki, zibil konteynerlərindən şikayətlənirlər.
Belə ki, əhali və yaxınlıqdakı iaşə obyektləri tullantılarını bura atır. Nəticə olaraq həyətin mərkəzində natəmizlik hökm sürür. Xüsusən də, isti havalarda bina üfunətə qərq olur.
Sakinlər iddia edirlər ki, yaranan vəziyyətdən dolayı bəzi sakinlər bu binadan köçüb gediblər. Həmin əraziyə daxil olan 111 saylı mənzil istismar sahəsinin rəhbəri Zaman Qəribov bildirib ki, konteynerlərin ərazidə olması nəqliyyatın daha rahat çalışması üçündür və onların buradan götürülməsi məsələsinə baxılacaq.