“Hamam xalatında heç dəlixanada yatan adam efirə çıxmaz”
Bir müddət əvvəl aparıcısı olduğu ATV-də yayımlanan “Zaurla Günaydın” verilişinə hamam xalatında çıxan Zaur Baxşəliyev bu dəfə müğənni qonağını həmin geyimdə efirə çıxarıb

63 yaşlı müğənni Elşad Qarayev adı çəkilən verilişə hamam xalatında çıxıb. Müğənninin bu geyimi sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Həmişə müğənniləri tənqid atəşinə tutan müğənni Əli Mirəliyev Moderator.az-a açıqlamasında bunun bir şou olduğunu deyib:

“Şou göstərirlər. Hamam xalatında heç dəlixanada yatan adam efirə çıxmaz. Normal kostyumla şou göstərmək olmur axı. Bununla o, performans edir, şou göstərir”.