Telli Borçalıdan efirdə biabırçı sual




Aşıq Telli Borçalı “Space” telekanalında əməkdar artist Çingiz Əhmədovun aparıcılığıyla yayımlanan “Praym-şok” verilişində əfsanəvi aktyor Fazil Salayevi tanımayıb.

“Ölkə.Az”ın məlumatına görə, aşıq digər qonaqlara “”Şərikli çörək” filmində qır yandıran kişinin əsl adı nədir?” sualını ünvanlayıb. Qonaqlar isə Telliyə həmin şəxsin Fazil Salayev olduğunu izah etməyə çalışıblar.

Qeyd edək ki, 1969-cu ildə rejissor Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmində Fazil Salayev qırçı Məhəmməd rolunu oynayıb.

Tarix: 28-05-2018, 17:52
Xəbəri paylaş





Xəbər lenti