“FİLANKƏSİN QIZI FİLAN OYNASIN, ADINI DEMİRƏM, ELDƏN AYIBDI…” !!!


VƏ YA, SABİQ DAMAD “XALQ ARTİSTİ” OLSUN DEYƏ … !!!

——————————–

Sərdar ƏLİBƏYLİ

“reket” redaktor

——————————-

Bu gün təzə Xalq Artistlərinin, yeni Əməkdarların isimlərinə belə bir göz atdım. Ya iki, ya da üç nəfərin adı tanış gəldi, o da əgər mənim düşündüklərimdirsə. İndi guya, biz illərdən bəridir ki, bu məmləkətin ictimai-siyasi və mədəni həyatının içərisində fırlanan adamlardanıq. Oysa, bu tanıma nisbəti görünənin tam  tərsi olmalıydı axı? Anlayacağınız, yaxın qonşularının və uzaq qohumlarının belə, düz-əməlli tanımadığı bu zatlar hansı məntiqlə, hansı əsasla, hansı zehniyyətlə “Xalq Artisti”, “Əməkdar Artist” kimi yüksək əyarlı tutullarla təltif olunurlar. Bu, düzgününə xalqla məzələnmək, dövlətin xəzinəsini talamaq anlamına gəlir və hər halda “analoqsuz inkişaf”ın növbəti təzahürlərindən biri olmalı…

Amma, hər nə olursa-olsun, bu sirri-ilahinin arxasındakı müəmma çözülməli, nələrin olub-bitdiyinə aydınlıq gətirməlidir. Mədəniyyətin bu poqonsuz generallarının kimin kimi, nəyin nəsi olduğu aydınlığa qovuşdurulmalıdır. 20 faizin üzərindəki əraziləri işğalda olan bir ölkədə poqonlu generalların sayı ilə mədəniyyəti Elza Seyidcahanla Rəqsanənin ümidinə qalan məmləkətin poqonsuz mədəniyyət generallarının sayı az qala tən gəlməkdədir.  O biri “potok” XALQ ARTİSTLƏRİ (Aygün, Brilliant, Zülfiyyə, Faiq və sair) artıq çoxdan pyasadan yoxa çıxıblar, amma adları qalır “za to” və aylıqları, donluqları bir yana, kəndi başlarına “xaltura”dadırlar.  Bu işi görənlərin, bu boyda biabrçlıqları ölkənin və dövlətin

Şəhid və qazi ailələri MM qarşsında

başına gətirənlərin ağlı, mədəniyyəti bir yana qalsın, heçmi utanma hissləru, ayıb bilməkləri yoxdur. Bir daha, altını cızaraq demək istəyirəm ki, bu müəmma çözülməli, bu biabıırçılqlara son qoyulmalıdır. Minlərlə şəhidinin qanpulunu, on minlərlə qazisinin haqqını verməkdən illərdir ki, boyun qaçıran, əlil uşaqlarına yaşayış minimumunun yarısına belə yetməyən pensiya verən, aliminə, müəlliminə kommunal xərclərə yetməyəcək qədər maaş-təqaüd verə bilən bir hökumətin “XALQ ARTİSTLƏRİ”, “ƏMƏKDAR ARTSTLƏR” taboru istehsal edərək xəzinəni rəsmən tala

Tarix: 30-05-2018, 16:47
Xəbəri paylaş





Xəbər lenti