“Şpaqat açıram, əcəb edirəm” demişdi, bu gün isə... – Qalmaqal böyüyür


İki məşhur aparıcı arasındakı qalmaqal davam edir 

Teleməkanın ən reytinqli verilişi “Maşın” şou qalmaqallarla yadda qalmağa davam edir.

Musavat.com xəbər verir ki, ötən gün aparıcılar Mətanət Əliverdiyeva ilə Aytən Səfərova arasında yaşanan dava bu gün davam etdirilir.belə ki, dünən Aytən ilə aktyor Cavidan Novruz  arasında mübahis yaşanıb. M. Əliverdiyeva isə Cavidana “Onu məndən yaxşı tanıyan yoxdur. Həmişə ... olub” deyib. Sözügedən görüntülər efirə getdikdən sonra  iki xanım arasında mübahisə davaya çevrilib. Əliverdiyeva daha dediyi sözlərə haqq qazandırıb:

 “Burada ən pozitiv insan mən və Cavidandır. Nə etməliyik? Bir nöqtəyə baxmalıyıq? Mən burada şpaqat açıram, idman edirəm. Əcəb edirəm, pozitiv xanımam, kimə nə?

45 yaşımda bunu edirəm, sən də elə! Məni hövsələdən çıxarma. Biz çox gözəl zarafatlar edirik. Mən belə qadınam. Kimə xoşdursa, baxsın, xoş deyilsə, xoş getsin”.

Aytən isə 2015-ci ildə Mətanəti müdafiə etdiyi üçün ANS-dən çıxdığını dilə gətirib:

“Mən xalqın qarşısında şpaqat aça bilmərəm. Üstümə qışqırma! Əzizim, səni Azərbaycan xalqı yaxşı tanıyır. Emosional ola bilərəm, açıq sözlüyəm. Mən, Aytən Səfərovayam. Məhz dünya jurnalistika tarixində sözünü deyən, sözü kəsərli olan jurnalistlər tarixdə qalıb.

İlk gündən demişdim ki, heç bir həmkarıma toxunmayacam. Biz burada “Azad Azərbaycan” ailəsinin üzvləriyik. Əslində, düz deyir. Mətanətdən yaxşı məni tanıyan yoxdur. Ona görə ki, bir neçə il bundan əvvəl səni müdafiə edərək işdən getmişdim. Ayıb olsun sənə, Mətanət, çox ayıb olsun!”

Reklam arasında isə Mətanət Aytənin üstünə su töküb. Canlı efir başlamamışdan onların yeri dəyişdirilib.

Bu gün isə səsverməyə Aytən Səfərova çıxıb. Mətanət Əliverdiyeva onun getməsi üçün səs istəyib.


Tarix: 2-06-2018, 23:30
Xəbəri paylaş





Xəbər lenti