“Qurdlarını oynatma” sözü başına bəla oldu


“Maşın” şounun 4-cü yarış günü baş tutur.

Musavat.com xəbər verir ki, “Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov səsverməyə çıxıb. O, aparıcı İlhamə Bədəlovanı oyundan çıxaracağını deyib:“Bədəlova Rahidəyə hörmətsizlik etdi. Ona görə onu oyundan çıxaracağam”.

“İlhamə xanımın atası xəstə imiş. Ona Allahdan şəfa diləyirəm. Mən aparıcı deyiləm ki, sözləri muncuq kimi düzəm. Ürəyimdən gələnləri deyirəm. “Qurd”a dəstək olun”,- R.Baxışova deyib.

Qeyd edək ki, dünən Rahidə ilə İlhamə arasında mübahisə yaşanıb. İ.Bədəlovanın Rahidəyə “Mənim kimi poza verib, foto çəkdirirsən“, deməsi müğənnini özündən çıxarıb: “Ağlıma gəlməzdi ki, kimsə mənə elə söz desin. Mən şoka düşdüm.O sözü mənə niyə dedin?”

“Sən özünü qoru. Heç vaxt mənim hədəfim olmamısan. Amma bundan sonra görərsən. Qurdlarını oynatma. Bitdi”,-deyə aparıcı Rahidəyə cavab verib.

 


Tarix: 3-06-2018, 23:32
Xəbəri paylaş





Xəbər lenti