“Oğlu”nun əli ilə vurulan Abbas “Maşın”ın iç üzündən danışdı: “Pərvin mənə demişdi ki...

"Əziz dostlar, hər şey yaxşıdır. Bu şouda iştirak etmək həqiqətən də çox həyəcanvericidir. Bir çox hadisələri, oyunları bir neçə gün ərzində bu verilişdə görə bilirsən. Nə yaşadığımızı bilmək üçün gərək özün də oyunun içində olasan. Bu gün müəyyən dərəcədə hiss edirdim ki, hədəf mənəm. Yenə də gözlənilməz oldu. Görürsünüz də nələr baş verir. Amma buna da şükür, Allah hamıya səbr versin. Pərvin mənə çox deyirdi ki, hədəf sənsən. Eybi yox. Sizin kimi tamaşaçılarım və sevənlərim var, bundan gözəl nə ola bilər ki? "Maşın” şounu yaradan hər kəsə təşəkkür edirəm”.

Sfera.az xəbər verir ki, bu sözləri "Maşın” şounun dünənki buraxılışında oyunu tərk edən müğənni Abbas Bağırov deyib. Daha sonra müğənni Urana, Pərvin Abıyevaya və Aytən Səfərovaya uğurlar arzu edib: "Növbəti hədəf Urandır. Sadəcə olaraq istərdim ki, o, bunu bilsin. Əslində, qruplaşmanın üzvləri bu gün onu çıxartmalı idi. Nədənsə oyun elə fırlandı ki, mən getməli oldum. Nə isə..."

Qeyd edək ki, "Maşın” realiti-şounun dünənki buraxılışında bloger Hüseyn Əzizoğlu ikinci dəfə səsverməyə çıxaraq hədəfinin aktrisa Pərvin Abıyeva olduğunu bildirib. Sonda 22 yaşlı bloger 60,30 faiz səslə qalib gəlib. Lakin H.Əzizoğlu sağ göstərib, sol vurub. O, hədəfini dəyişərək "papa" dediyi Abbas Bağırovu oyundan kənarlaşdırılıb.

Bağırov seçimdən şok keçirib. Lakin sonda hər kəsə müjdə verib. O, bildirib ki, maşını udsaydı, onu yeni doğulacaq övladı üçün aparacaqdı. Sənətçi ilk dəfə "Maşın"da ata olacağını deyib. Abbas Bağırov onu da söyləyib ki, Hüseyn Roza Zərgərliyə mama deyirdisə, ona da həmişə papa deyə müraciət edib.

Qeyd edək ki, şou ərzində Abbas Hüseyn üçün "Qalsın"-a səs istəmişdi.(publika.az)


Tarix: 11-06-2018, 12:38
Xəbəri paylaş





Xəbər lenti