“Arvad sözüylə oturub-duran və arxadan vuran gədə-güdələr ...”
"Təəssüf ki, oyun ərzində çaqqallıq edən iştirakçıların yanında olmaqla itirdim. Digər tərəfdən də çox böyük dərs qazandım"

Bu sözləri “Maşın” realiti-şounun dünənki buraxılışında reper Uranın hədəfi olan aparıcı Aytən Səfərova deyib. Oyun haqqında təəssüratlarını bölüşən aparıcı finalçılar haqqında çox kəskin ifadələr işlədib.

A.Səfərova xüsusilə Uranın Roza Zərgərlinin qurduğu hiylə ilə onu oyundan çıxartmasına belə münasibət bildirib: "Burada güclü və zəif iştirakçı yoxdur. Şouda hiyləgər, namərd, arvad sözüylə oturub-duran, nadürüst, mama sözü ilə papasını arxadan vuran gədə-güdələr və çaqqallar qaldı".

Qeyd edək ki, Aytən Səfərova oyundan heç bir iştirakçı ilə sağollaşmadan gedib.(publika az)