Anar Nağılbaz məhkəmədə uduzdu: “Axmaq kimi görünürəm”


Reper Anar Nağılbaz keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanın məhkəmədə qalib gəlməsinə münasibət bildirib.

Musavat.com xəbər verir ki, reper məsələyə sosial şəbəkədə şərh verib: “Əziz dostlarım, məlum söhbətlərə görə şübhəsiz, axmaq kimi görünürəm. Amma heç nə elə deyil və bizə də lazım deyil. Hər iş ailə zəminində həll olmalıdır. Qadınım var, xoşbəxt olmaq istəyirəm. Ona görə canımı qurban verərəm. Xoşbəxt olun”.

Qeyd edək ki, A.Cəbiyeva axşam.az-a bildirib ki, məhkəmə qərarına əsasən, reper övladlarına aliment ödəməlidir: "Anar artıq neçə ildən sonra övladlarıma aliment ödəyəcək. Uşaqlarımın haqqını tələb etdim və məhkəmədə qalib gəldim. Hər övladıma ayda 154 manat pul ödəniləcək. Bundan sonra daha bir iddia qaldıracağam. Bu isə uşaqlarımın evlə təmin olması olacaq. Keçmiş qayınatam Rizvan Cəbiyev deyir ki, Anarın evi yoxdur. Amma Anar evlənəndə dövlət başçısı onu evlə təmin etmişdi. Rizvan bəy sonra o evi satdı və özünə başqa ev aldı. İnanıram ki, növbəti məhkəmədə də qalib gələ biləcəyəm və övladlarımı yaşamaq üçün evlə təmin edə biləcəyəm”.

Könül

Tarix: 27-06-2018, 16:13
Xəbəri paylaş





Xəbər lenti