"Bakı hakimiyyəti hara baxır?..."

 


Qazaxıstanlı müğənni Kaşmat Joldıbayevanın sosial şəbəkədə paylaşdığı foto şəkillər pərəstişkarları arasında söz-söhbətə səbəb olub. Virtualaz.org xəbər verir ki, müğənni əvvəlcə həmin şəkilləri harada çəkdirdiyini gizli saxlamaq istəyib. Lakin sonradan Bakıda olduğunu və bir neçə həftə burada istirahət edəcəyini deyib.

“Bəli, dostlar, mən Xəzər dənizin sahilində, möhtəşəm, rahat atmosferi olan Bakı şəhərindəyəm. Tarixi əsrlər əvvələ gedib çıxan gözəl şəhər! Bizdə anamla elə birinci gündən nə qədər xoş təəssürat yarandı”, - deyə şou-biznes ulduzu qeyd edib.

Joldıbayevanın izləyiciləri onun bütün şəkillərdə dərin dekoliteli paltarda poza verdiyini əsas gətirərək anası ilə istirahət etməsinə inanmayıblar. Hətta Bakı rəhbərliyini də qınayanlar tapılıb.

“Sizin şəkillərinizi ananız belə çəkir? İnanmıram”, “Bakı hakimiyyəti hara baxır?”, “Bu şəhər artıq sizə darlıq edir. Elə insanlar da!”, “Gözəlsiziniz, söz yoxdur, Monika Belluçi kimi”- deyə izləyicilər fotoşəkillərə şərhlər yazıblar. 

Tarix: 28-06-2018, 14:45
Xəbəri paylaş





Xəbər lenti