âBu Manafa deyin az kiÅilikdÉn danıÅsınâ- jurnalistdÉn Manaf AÄayevÉ Ã§ox sÉrt sözlÉr - FOTOMətanət Əsədovanın məclislərdən birində araq içməsi iddiası ilə bağlı yaranmış qalmaqal səngimir.

Minval.info bildirir ki, müğənni Manaf Ağayevin həmkarı Mətanət Əsədovanı videoya çəkən şəxsi “razborkaya çağıraraq diz çökdürdüyünü” söylədiyi iddia olunmuşdu.

Manaf Ağayevə şamil olunan açıqlama sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.

Mövzuya jurnalist Mirismayıl Xələfli də qatılıb və Facebook profilində belə yazıb: “Bu Manafa deyin az kişilikdən danışsın. Doğulduğu Füzuli rayonu işğal altındadır. Manaf Ağayev və bəziləri gəlib Bakıda kişi olublar, kişilikdən danışırlar. Saçına qara qoyub Mətanət Əsədovanın qeyrətini çəkincə, get mahnını oxu, pulunu qazan. Sənin torpağını işğal edən hansısa bir erməni dığasını Moskvada ya hardasa söhbətə çağırmısan? Nə “xod” gedirsən? Səni Manaf edən söhbətə çağırmaq istədiyin Azərbaycan kişiləridir, ağıllı ol, quş buraxma!”