Çimnazdan Namiqin iddialarına cavab: “İçkili olub, reytinq toplamaq istəyib”

 Aktrisa Çimnaz Sultanova aşıq Namiq Fərhadoğlunun haqqında səsləndirdiyi iddialara aydınlıq gətirib. 
Aktrisa musavat.com-a açıqlamasında deyib ki, artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:
“Namiqin dedikləri şər-böhtandır. Dünən sənətkarlarımızın yanında mənə zəng elədi, üzr istədi. Dedi ki, açıqlamanı paylaşanda içkili imiş. Ona reytinq lazım olduğu üçün belə edib. Onu bağışlamağımı istədi. Bildirdi ki, açıqlamalarını hər yerdən sildirəcək. Bu addımları yetərli deyil. O mənim adıma xələl gətirmək, üzərimdən reytinq toplamaq istəyirdi. Mənə dediyi təhqiramiz sözlərə görə də qanun qarşısında cavab verəcək. Buna imkan vermərəm. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır, vəkillərim məsələ ilə məşğuldur. Haqq-ədalət öz yerini tapacaq. Mən obrazları ilə sevilən, sənəti ilə gündəmdə olan aktrisayam. Ucuz qalmaqalların işimə kölgə salmağına imkan vermərəm.
Qeyd edək ki, aşıq Namiq Fərhadoğlu açıqlamasında aktrisanın ona olan borcunu qaytarmadığını və polis sevgilisi ilə hədələdiyini demişdi. Daha sonra isə o açıqlamasını silmişdi.
Tarix: 24-08-2018, 14:33
Xəbəri paylaş





Xəbər lenti