Elnarə yenidən aparıcılıq edəcək

 
Müğənni Elnarə Xəlilova radio-aparıcılığına başlayır. O, Antenn Fm-də yeni proqramda mikrafon qarşısına keçəcək. “Konfet” adlanan proqram həftəiçi 5 gün saat 11:00-13:00 arası yayımlanacaq. “Konfet”də mətbəx, gözəllik, sağlamlıq, dəb, ailə-məişət mövzularından bəhs ediləcək. proqrama həmçinin mövzulara uyğun qonaqlar da dəvət olunacaq. Elnarənin təqdimatında “Konfet” noyabrın 1-dən efirdə səs salacaq.                                                                                                                                Siam.az
Tarix: 24-10-2018, 16:54
Xəbəri paylaş





Xəbər lenti