"Sən yaxşısı budur oxu,amma danışma!"- ŞƏFƏQ AĞACANDAN MÜGƏNNİYƏ SƏRT CAVAB \ VİDEO


"Sən yaxşısı budur oxu,amma danışma!"- ŞƏFƏQ AĞACANDAN MÜGƏNNİYƏ SƏRT CAVAB \ VİDEO





Keçən həftə BakuPress.Az-ın hazırladığı "Özünü ikinci Allah adlandıran kimdir?" videopeportaji gündəmi zəbt etmişdi. İnsanlar bunu birmənalı qarşılamadı. Reportajda cindar Məmmədsəfanın yanına gedən məşhurlarında adı çəkilmişdir.Ölkə mətbuatında adı çəkilən məşhurlardan biri Elnarə Abdulayevadan açıqlama aldıqda o bunu etiraf etmişdir və cindarın əliylə sağıldığını demişdir.Ötən günlərin birində əməkdar artist Elnarə Abdullayeva Atv kanalında yayimlanan Nanə Ağamalıyevanın təqdimatında "Şou Atv" verlişinin qonağı olmuş.Həqiqətən cindar haqqında şou yartmışdır. Elnarə Abdullayeva reportajı hazırlayan jurnalistlər haqqında kobud ifadələr işlətmiş, Azərbaycan ziyalıları və həkimlərini təhqir etmiş,cahilliyi açıq aşkar reklam etmişdir. Elnarə Abdullayeva verlişdə deyir ki,"Lerikin Kaqo kəndi uzaq bir kənddir,bilmirəm reportajı hazırlayan kişidir ya qadın ora getmək üçün çoxlu vəsait lazımdır,yəqin o kişidən nəsə istəyiblər alınmayıb bunu hazırlayıblar, övladım gedin başqa işlə məşğul olun! Sizdən xahiş yox əmr edirəm! "Gah da" Həkimlərin əli qurusun məni sağalda bilmədilər,Məmmədsəfa məni sağaltdı"kimi fikirlər səsləndirmişdir.
İndi mən burdan Elnarə Abdullayevaya səslənirəm ,sən kimsən ki,jurnalistə əmr verəsən!Sən cindardan 5-3 manat alıb çıxıb efirə şou yaradıb cindarı reklam edib milləti cahillyə səsləyirsən.Sən kimsən ki,Azərbaycanın Topçubaşov,Əziz Əliyev,Zərifə Əliyeva,Mirqasımov,Talışinski ,Cavadzadə kimi tarixi həkimləri olan səhiyyəsini təhqir edirsən!Bəli demirəm ki,həkimlərin səhvi olmur amma 21-ci əsrdə səhiyyə tibb elminin inkişafı vaxtında sən bu sənət sahiblərini təhqir edib,cindarı reklam edirsən!Bu ölkənin ziyalıları,professorlarını təhqir etmisən!Amma belə götürəndə sən həmin Elnarə Abdullayevasan ki,dilçilik instutunun qərarına hörmətsiz yanaşan adamsan!Ay adam səni qınamıram sən ağlaşmaya meyilli olan bəzi cahil insanları mərsiyə "stilli" oxuyub ələ almaqla elə bilirsən ki,səndən yoxdur!Ay Elnarə Abdullayeva xatırladım ki,çəkiliş Amerika yox Azərbaycanda çəkilib.Azərbaycan mediası elədə ölü deyil ki,100 manat tapıb gedib, reportaj hazırlaya bilməsin!İkincisidə jurnalist işinə görə fəaliyyət göstərir,"zakasa "işləmir.Nədə mən hansısa cahil mollanı reklam eləmirəm.Mərsiyə "stilli" ağlaşma oxuyan müğənni mollayla sağalar.Bizə bu maraqlı deyil!Maraqlı odur ki,efirə çıxıb cahilliyi reklam edirsən.Hansı dua kitabından danışırsan,Allah deyirsən?Məmmədsəfa belə bilicidirsə niyə bizim kim olduğumuzu bilmədi?Niyə bilmədi ki,bizdə çəkiliş çəkirik?Çəkilişdə var onun əlaltıları,özünün fırıldaqla millətdən pul almağı.Məmmədsəfa nə seyiddir nədə ruhani hansı ziyarətdən danışırsan!Onları özün bilərsən amma efirə çıxıb jurnalistə böhtan atmağı indi mən sənə qadağa qoyuram!Mərsiyə oxuyan mollayla sağalar.İşin avand olsun amma kiməsə əmr vermə ,nədə şər atma! .Sən oxu yaxsisi budur danişma!Günah səndə deyil bəzi televizyalardadır ki,ucuz şoularla milləti cahilliyə aparırlar!Arada get biraz maariflən.Daha onda Azərbaycanda Tibb unversitetini niyə saxlayırlar gedib cindarla sağalsınlarda.Ayibdir get öz işinlə məşğul ol və səndən fərqli olaraq mən iki unversitet bitirmiş,kifayət qədər savada malik jurnalistəm!Sənin sənətinə bir söz deyən yoxdur sənində izləyicilərin var, oxu dinləsinlər.Millətə dərs keçməyi sənə kimsə ixtiyar verməyib!Tanımırdınsa indi tanı bilki bu reportaji sıradan biri yox peşəkar jurnalist hazırlayıb!

Hurriyyet.org

Şəfəq Ağacan

Tarix: 3-12-2018, 08:32
Xəbəri paylaş





Xəbər lenti