Elçin Əlibəylinin aparıcısı olduğu veriliş bağlandı:"Səbəbini layihənin sahibi "Azərxalça" ASC daha dəqiq bilir"


Elçin Əlibəylinin aparıcısı olduğu “Sehrli ilmələr” verilişi həmişəki vaxtda, şənbə günü saat 12:00-da yayımlanmayıb.

Strateq.az xəbər verir ki, metbuat.az bununla bağlı Elçin Əlibəyli ilə əlaqə saxlayıb və o, xəbəri təsdiqləyib, amma əsas səbəbi açıqlamayıb.

Açıqlama vermək səlahiyyətində olmadığını deyən aparıcı səbəbi Space TV- və layihənin sahibi “Azərxalça” ASC-nin daha dəqiq bildiyini söyləyib.

Space TV-nin icraçı direktoru Kamil Şahverdiyevisə qeyd edib ki, layihə 1 aylıq nəzərdə tutulduğu üçün dayanıb.

O, həmçinin bildirib ki, 2019-cu ildə layihə yenidən davam edə bilər.

Tarix: 9-12-2018, 21:17
Xəbəri paylaş





Xəbər lenti