Kənan MM-lə İlkin Həsəni arasında qalmaqal:“Bozbaşlar”, “filmimizin içinə...”


Tanınmış teleaparıcı, aktyor, "Bozbash pictures” seriyasından olan filmlərdə rol alan İlkin Həsəni ilə tanınmış rejissor Kənan MM arasında qalmaqal yaşanıb.

BakuPost xəbər verir ki, qalmaqala səbəb Xətai Əli adlı sosial şəbəkə istiadəçisinin Kənan MM-lə bağlı status yazması olub. Belə ki, Xətai "Şükür Allaha, Kənan MM bu il də uğurlarını Türkiyədə davam etdirəcək. Bizi burada heç bir təhlükə gözləmir” deyə kinayəli status yazıb. Hazırda Türkiyədə yayımlanan "Savaşçı” serialında rol alan Kənan isə ona cavabında "Sizi "Fəlakətlər”, "Bozbaşlar” gözləyir, hələ günləriniz qabaqdadır” deyə qeyd edib. Statusun sahibi bu seriyadan olan ilk filmi elə Kənanın özünün çəkdiyini xatırladıb.

İlkin Həsəni bu yazışmaya cavab olaraq Kənanın yaxşı rejissor olmadığını deyib: "Bayaq Xətai status yazıb. Bir də gördüm ki, 2014-də ilk filmimizin içinə şey eliyən, nədi onun adı, öz imzasını atan Kənan belə bir şərh yazıb. İstədim şapalaq təsirli bir cavab yazım, baxdım gördüm Xətai məni qabaqlayıb. Kənan yaxşı oğlandır, inşallah tezliklə yaxşı rejissor da olar”.

Kənan MM öz profilində "Parabeyin insanlarla işiniz olmasın, adamı sevərlər”-deyə qeyd edib.

İlkin Həsəni isə "Bozbash pictures”in yeni filmi olan "Bombaltı”nın treylerini paylaşıb və Kənana "söz atıb”: Bu mart Kənan MM-ə rejissorluq və aktyorluq master-klassı keçəcək bir iş gəlir. Ciddi deyirəm, dəvətnamə göndərəcəm, gəlsin baxsın!”

Tarix: 5-01-2019, 19:47
Xəbəri paylaş





Xəbər lenti