Elariz Amerikada restoranda çalışır

 Xəbər verdiyimiz kimi, müğənni Elariz Məmmədoğlu Amerikaya köçüb.

Unikal.org xəbər verir ki,  "Greencard" qazanan ifaçı orada iş tapıb.

Belə ki, atv.az Elarizin Amerikada kafedə çalışacağını yazıb. Məmmədoğlu açıqlamasında bunları deyib:

"Buradakı soydaşlarımız sağ olsun. Eşitdilər ki, Nyu-Yorkdayam, belə təklif etdilər. Əslən Azərbaycandan olan dağ yəhudilərinin sahibi olduqları restoranda müğənni kimi çalışıram".

Qeyd edək ki, "Greencard"ı sənətçinin həyat yoldaşı udub.
Tarix: 18-02-2019, 21:41
Xəbəri paylaş





Xəbər lenti