Elnarə "Xocalıya ədalət" oxudu - Fotolar


Müğənni Elnarə Xəlilova “Justice for Khojali” (“Xocalıya ədalət”) adlı mahnısına çəkilən klipi təqdim edib. 

Siam.az xəbər verir ki, ekran işinin nümayişinə müğənninin dostları, məhdudiyyətli gənclər və media nümayəndələri qatılıb. Təqdimat Azərbaycan Respublikasının  Dövlət Himninin işarət dili ilə ifası ilə başlayıb.

E. Xəlilova klip haqqında danışaraq mahnının ingilis dilində olmasına aydınlıq gətirib:

“Mənə bu layihə təklif olunanda düşünmədən hə dedim. İşarət dili bütün eşitmə, danışma məhdudiyyətli insanların dilidir. Ona görə klipdə işarət dilindən istifadə etdik. Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım. Mən özümə bəstəkar demirəm, bəstəkarlara ayıb olar. Sadəcə olaraq içimdən gələn səsi nota köçürdüm”.

Qeyd edək ki, bəstənin sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarəyə, aranjimanı Emil Həşimova məxsusdur.





Tarix: 26-02-2019, 21:23
Xəbəri paylaş





Xəbər lenti