Goranboy rayon İcra Başcısı Ziya Məmmədovun adamı imiş.

Goranboy rayon İcra Başcısı Ziya Məmmədovun adamı imiş. Goranboy rayon İcra Başcısı Ziya Məmmədovun adamı imiş.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin adı son zamanlar bir sıra xoşagəlməz məqamlarda hallandırılır. Məhz elə bu səbəbdən də onunla bağlı mətbuatda müxtəlif səpkili tənqidi materiallar yayımlanmaqdadır. Bildirilir ki, rayon sakinləri çoxsaylı cəhdlərə baxmayaraq, icra başçısının qəbuluna düşə, əhalini narahat edən problemlərin həllinə nail ola bilmirlər. Nizaməddin Quliyevin köməkçilərinə və müavinlərinə heç kimi onun qəbuluna buraxmamaq barədə xüsusi tapşırıq verdiyini deyən məlumatlı şəxsin sözlərinə görə, Goranboy Rayon İcra Hakimiyyətinin başçısının vəziyyəti gün keçdikcə bir qədər də qəlizləşir:


«Artıq onun işdən kənarlaşdırılması ilə bağlı yuxarılarda ciddi müzakirələr gedir. Çünki Nizaməddin Quliyev goranboylularla işləyə, onları narahat edən problemləri, rayonda mövcud olan neqativ halları aradan qaldıra bilmir. Düzdür, Nizaməddin Quliyev yerli kadr, yəni əslən goranboylu olsa da, rayon camaatı onun fəaliyyətindən söz düşəndə «icra başçısından heç yarımadıq» deyir. Odur ki, Nizaməddin Quliyev əslən Goranboydan olsa da, hazırda rayonda ondan razılıq edən çox az sayda adam tapmaq olar.

Məlumat üçün bildirim ki, 1 sentyabr 1954-cü il tarixdə Goranboy rayonunun Tap qaraqoyunlu kəndində anadan olan Nizaməddin Məhəmməd oğlu Quliyev Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Sonra Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqdisadiyyatı və Təşkili İnstitutunun aspiranturasını bitirib. O, 24 sentyabr 2009-cu il tarixdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Bu vəzifəyə təyin olunanadək Nizaməddin Quliyev «Kapital Bank»ın Goranboy rayon filialının müdiri vəzifəsində çalışıb. Yəni o, bank sektorundan birbaşa icra başçılığına gəlib. Elə buna görə də az qala sanki hər yerə hər şeyə gəlir mənbəyi, kimi baxır. Bu səbəbdən də artıq icra başçısının məsələsi ciddi müzakirə predmetinə çevrilib. Böyük ehtimalla, o, tezliklə icra başçısı vəzifəsilə vidalaşmalı olacaq».

Goranboy rayonunda həyata keçirilmiş bütün tenderlərin yeganə qalibinin «Fəqan Xidmət» MMC-nin olduğunu vurğulayan məlumatlı şəxs iddia edir ki, adıçəkilən şirkətin rəhbəri Fəyyaz Məmmədov həbsdə yatıb: «Fəyyaz Məmmədov 1994-cü ildə dövlət əmlakını mənimsədiyinə görə həbs olunub. Onun Goranboyda peyda olması və tenderlərə qoşulması bəzi mətləblərdən xəbər verir. Belə ki, rayon icra başçısı Nizaməddin Quliyev müavini Baxış Abdullayev və oğlu Ramal Quliyev vasitəsilə əlaqə qurduğu «Fəqan Xidmət»in rəhbərilə böyük işlər görməyə başlayıblar. Və uzun illərdir ki, Goranboya ayrılmış milyonlarlr manatlar onun ixtiyarına buraxılmışdı. Daha doğrusu, birgə nəzarət altında bu pulların «silinməsi»nə start verilir». Əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Goranboyun icra başçısı illərdən bəri ayrılan pulları «Fəqan Xidmət»in əlilə silməklə, həm özü qazanıb, həm də ətrafındakılara qazanmaq üçün cüzi imkan yaradıb: «Lakin yekunda bütün günahları Fəyyaz Məmmədovun üzərinə yıxacaq imkan əldə edib. Belədə oldu. Maraqlıdır ki, dövlət əmlakını talamağa görə həbs olunmuş birinə böyük miqdarda dövlət vəsaitini etibar etmək nə dərəcədə məntiqlidir? Goranboy İcra Hakimiyyəti şübhəsiz, bu məsələyə qəti aydınlıq gətirə bilməyəcək. Hətta gətirsə belə, bunu əsaslandırmaq kimi imkanı yoxdur. Yəni bütün hallarda proses onların əleyhinə işləməyə başlayıb». Bu əsnada başqa maraqlı bir məqam ortaya çıxıb. Məlum olub ki, Goranboy rayonunda total yoxlamalar gözlənilir.. Vəziyyət o qədər ağırdır ki, hətta icra başçısı Nizaməddin Quliyev belə, nə edəcəyini bilmir. Mənbənin sözlərinə görə, rayon icra hakimiyyətində bununla bağlı keçirilən qapalı toplantıda Nizaməddin Quliyev vəziyyətin yaxşı olmadığını bildirib: Məsələnin qloballaşdığını görən Nizaməddin Quliyev müavininə nəyin bahasına olursa olsun Verdiyevin həbs olunmasını göstərişini verir. «O, hətta ətrafında olanlara deyib ki, çətinlik yaranacağı təqdirdə onlara yardımçı ola bilməyəcək. İşin ən ilginc tərəflərindən biri isə Nizaməddin Quliyevin rayonda geniş çayxana biznesi yaratmasıdır. İcra başçısının ən aparıcı çay evi Qaşaltı kəndilə Tapqaraqoyunlu kəndi arasındakı çayxanadır. Oğlu Ramal Quliyev tərəfindən idarə edilən bu çay evinin günlük gəliri isə heç də kiçik məbləğlərlə ölçülmür. İcra başçısı bütün büdcə təşkilatlarına göstəriş verib ki, hamı bir nəfər olaraq yalnız həmin çayxanaya getməli və orada çay içməlidirlər».

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin oğlu Ramin Quliyevin hazırda Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışdığını qeyd edən məlumatlı şəxs bildirir ki, oğlunun hakim vəzifəsinə gətirilməsində icra başçısının müstəsna əməyi olub: «1978-ci il təvəllüdlü Ramin Quliyev Bakı Dövlət Universitetinin «hüquq» fakültəsini bitirib. O, 2001-2007-cı illərdə Apellyasiya Məhkəməsinin məhkəmə iclas katibi, 2007-2010-cu illərdə Suraxanı Rayon Məhkəməsinin məsləhətçisi, məhkəmə iclas katibi, 2010-2013-cü illərdə Ali Məhkəmənin məhkəmə nəzarətçisi vəzifəsində çalışıb. İcra başçısının oğlu 2013-cü ildən indiyədək Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışır. Onun bu vəzifəyə təyinat almasında atası Nizaməddin Quliyevin böyük rolu olub. Belə ki, icra başçısı əlaqələrini işə salaraq oğlunu mərhələli şəkildə məhkəmə-hüquq sistemində qabağa çəkməyə və sonda hakim postuna gətirilməsinə nail olub». İcra başçısının digər oğlu Ramal Quliyevin bank sektorunda mühüm vəzifə sahibi olduğunu deyən məlumatlı şəxs iddia edir ki, Nizaməddin Quliyev uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sədri olsa da, partiyada nə əvvəllər, nə də indi ona isti münasibət olub: «Kapital Bank»ın Goranboy rayon şöbəsinin sədri vəzifəsindən icra başçı vəzifəsinə yüksəlişi də əslən goranboylu iş adamı Qulam Ələkbərovun sayəsində baş verib. Keçkiş Nəqliyyat naziri Ziya Məmmədovun tikinti işlərinə başçılıq edən Qulam Ələkbərov YAP-ın ciddi narazılığına baxmayaraq, məhz nəqliyyat naziri vasitəsilə Nizaməddin Quliyevin təyinatına nail olur. Elə buna görədir ki, adi bir tikinti işçisi olan Qulam Ələkbərov hər dəfə rayona gələndə prezident sərəncamı ilə rayona icra başçısı təyin edilmiş Nizaməddin Quliyev saatlarla onu evinin qarşısında yolda gözləyirdi. Nizaməddin Quliyevin özünə gəlincə, onun adı mətbuatda dəfələrlə müxtəlif cinayət hadisələrilə bağlı hallanıb. Məsələn, bir neçə il əvvəl rayonun baş həkimi Faiq Abdullayevin müəmmalı ölümü zamanı mərhumun həyat yoldaşı Gülnarə Abdullayeva onun məhz Nizaməddin Quliyev tərəfindən 60 min manata görə öldürüldüyünü, icra başçısının birinci müavini Baxış Abdullayevin həyat yoldaşına pul tələbilə hər gün bir neçə dəfə zəng etdiyini və bütün zənglərin daxil olduğu telefonu istintaqa təqdim etdiyini bildirmişdi. Gülnarə Abdullayeva həyat yoldaşının pul üstündə öldürüldüyünü və bundan sonra intihar görüntüsü yaratmaq üçün xəstəxana korpusunun üçüncü mərtəbəsindən yerə atıldığını iddia edirdi.

Üstündən illər keçsə də, Faiq Abdullayevin ölümü ilə bağlı müəmmalar hələdə rayon əhalisinin qınağıındadır. Bundan başqa, Goranboyda Nizaməddin Quliyevin cəmi üç ay əvvəl YAP-ın yerli təşkilatı adından nümunəvi fəaliyyətinə görə fəxri fərmanla təltif etdiyi məktəb direktoru Nüşabə Əhmədovanı şərləyərək həbs etdirdiyini danışırlar. Nüşabə Əhmədovaya Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə ittihamına görə bəraət verildi, o, yalnız vəzifə səhlənkarlığına görə altı ay şərti cəzaya məhkum edildi. Əhmədovanın sübuta yetirilən cinayəti icra başçısının və təhsil şöbəsi müdirinin tələbilə icra hakimiyyətində və təhsil şöbəsində çalışan, lakin dərs deməyən üç nəfərin adına dərs yazılması idi ki, bu zaman onların maaşını da dərsi real olaraq deyən, məktəbin ştatlı müəllimləri almışdılar. Lakin Gəncə Apelyasiya Məhkəməsi Nizaməddin Quliyevin təzyiqilə birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək, Nüşabə Əhmədovanı yeddi il yarım həbs cəzasına məhkum etdi. Artıq illərdir ki,, günahsız yerə həbsdə yatan keçmiş məktəb direktoru Nüşabə xanımın dövlət əmlakını hansı yolla taladığını isə hələ də izah edən yoxdur. Goranboylular belə hesab edirlər ki, Nüşabə müəllimənin «günahı» heç vaxt rüşvət alıb-verməməsidir.

Rayona onun həbsindən cəmi bir il öncə gəlmiş korrupsiya yoxlamasından onun rəhbərlik etdiyi məktəb cəmi üç manat kəsirlə çıxmışdı. Bu isə özlüyündə Nüşabə Əhmədovanın günahsız olduğunu sübuta yetirən əsas arqumentlərdən biridir. Lakin buna baxmayaraq, Nizaməddin Quliyev onun əsassız yerə cəzalandırılmasına nail olub…» Bütün bu göstəricilər imkan verir deyək ki, Nizaməddin Quliyev hələdə Goranboyluları qorxu təsiri altında saxlamağa davam edir. Maraqlıdır ki, bu gün artıq Nizaməddin Quliyevin Ziya Məmmədov kimi himayədarı öz postunu itirsədə bunu cənab Quliyevə heç bir təsiri olmadı. Çox güman ki, dovlət başcımız Möhtərəm Preidentimiz İlham Əliyev cənabları Goranboy camaatının hüquqlarını tapdayan, onun göstərdiyi etimadı doğrultmayan, xalqı dövlətdən və dövlətçilikdən etimaddan sui istifadə dərək narazı salan Nizaməddin Quliyev barəsində geniş araşdırma aparılacağı barədə sərəncam verəcəkdir. Goranboy rayon İcra Başcısı Ziya Məmmədovun adamı imiş.
Goranboy rayon İcra Başcısı Ziya Məmmədovun adamı imiş. http://vetenperverler.az/gundem/1793-goranboy-rayon-cra-bashcisi-ziya-memmedovun-adami-imish.html
Tarix: 26-07-2017, 16:27
Xəbəri paylaş





Xəbər lenti