“AZAL 208 milyon zərərlə işləyib, amma rəhbəri ən varlı adamdır”

 “Rəsmi rəqəmlərə görə AZAL 2018-ci ili də zərərlə başa vurub. 2018-ci ilin yekunlarına görə, yerli aviaşirkətlər (AZAL, BUTA) ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb”. 
“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı iqtisadçı Natiq Cəfərli paylaşıb. O, bildirib ki, bir ildə aviaşirkətlərin zərəri 2017-ci ilə nisbətən 20,8% artıb.
“Ölkənin ən böyük inhisarçı şirkətiərdən biri olasan, büdcədən ən yox yardım, dotasiya alan şirkətlər sırasında yer alasan, başqa şirkətlərin ölkəyə gəlib rəqabət yaratmasına mane olasan, regionda ən baha qiymətə bilet satasan, amma yenə rəsmi rəqəmlərə görə ziyanla işləyəsən. Bunu bacarmağa xüsusi fitri korrupsiya istedadı lazımdır ki, o da AZAL rəhbərliyində var! Ziyanla işləyən şirkət rəhbəri ölkədə ən varlı adamlardan biridir. Bunu izah edən tapılsa, iqtisadiyyat üzrə Nobe mükafatı həmin şəxsə veriləcək”.
Tarix: 24-08-2019, 21:58
Xəbəri paylaş





Xəbər lenti