Tanınmış jurnalist Elgün Gəncimsoy Ağcabədi rayon Şahsevən kəndində yaşayan şəhid ailəsinin acınacaqlı durumundan yazıb:
“Şəhid Azər Abbas oğlu Əhmədovun valideynləri və bir qardaşı fotoda gördüyünüz bu daxmada yaşayır. Daxma Ağcabədi rayon Şahsevən kəndində yerləşir. Oğlunun qara daşdan baxan şəklinin ayağına sarılan anası deyir ki: “Oğlumun silahdaşlarından, yüksək rütbəli komandirlərdən başqa qapımızı açan yoxdur… Hələ bir dəfə gəlib problemlərimizlə maraqlanan olmayıb…”
Ağcabədi rayon icra başçısı Şahin Məmmədov mənim yaddaşımda çox gözəl qalıb. İllər əvvəl Hindarx qəsəbəsində məni xaricə işləyən agent kimi tutmuşdu…
Hörmətli , cənab, möhtərəm, Vətənpərvər icra başçısı! Necə olur sən kiminsə agent olduğunu görə bilirsən, müavinəyin villası ilə şəhidin daxmasın görə bilmirsən?
Unutmayın ki sizin vəzifəniz , səlahiyyətiniz bir imza boydadır. O imza ki onun sahibi bu Vətən üçün şəhid düşən valideynlərin qarşısında əyilib onların əlini öpür. Bu hallardan sonra sizin etdiyiniz sadəcə xəyanətdir…” (Sözcü) Siam.az