Saatlının icra başçısı Siraqəddin Cabbarov arifə bir işarə ilə istənilən işsiz, kimsəsiz vətəndaşa kömək edə bilər. Rayon onun nəzarətindədir, hamı qarşısında təzim edir, tapşırığına boyun əyməyənin “boynu vurulur”.
Amma Saatlının Mikayıl Müşviq küçəsində yaşayan 24 yaşlı Vüsal Axundov 4 ildir ki, ona işlə təmin olunması üçün müraciət eləsə də, yola verilir.
Sensasiya TV-yə danışan V.Axundovun dediyinə görə, yeni evlidir, 9 aylıq körpəsi var: “Mən valideynlərimi itirmişəm, qardaşım uşaq vaxtı dünyasını dəyişib. Tək-tənha, yetimçiliklə böyüyən adamam.
Hərbi xidmətdən qayıdandan sonra, yəni 2015-ci ildən bu günə kimi icra başçısından mənə iş verilməsini istəyirəm. Amma məni yola verir.
Rəhmətlik anamdan qalan aptekə borclarım var, onları ödəyə bilmirəm. Mənə normal il verilsə, ağır vəziyyətdən çıxmış olaram.
Nə iş, nə ev, nə sosial yardım verilir. Prezidentə, Mehriban xanıma məktublar yazıram, cavabda məni Məşğulluq Mərkəzinə yönəldirlər.
Məşğulluqdan isə ayda 110 manat maaşı olan iş təklif edilir. Bu pulla heç subay adam yaşaya bilməz. Başçının müavinləri təhdid edirlər.
Deyirlər ki, niyə yuxarı şikayət edirsən. Mən şikayət eləmirəm, iş istəyirəm. Başçı elə hey deyir ki, səbrli ol. Düz 4 ildir ki, səbr edirəm”.
V.Axundov nazir Sahil Babayevdən xahiş edir ki, onun işsizlik və sosial yardım məsələsinə baxılsın, köməklik olunsun. Saatlının icra başçısına gəlincə, onun biznes obyektlərində kifayət qədər iş var, birinə Vüsalı işə götürə bilər. Məsələn, Bakıdakı məşhur “Çeburaşka” apteki Saatlı icra başçısının müavini İlham Quliyevindir. Quliyev V.Axundova bir iş tapa, düzəldə bilərdi.
V.Axundov Saatlının deputatına, icra başçısına etdiyi müraciətlərdən artıq təngə gəlib. Ümidini itirən gənc ailə başçısı bildirir ki, dövlət rəhbərliyi və nazirlər onun dadına çata bilərlər.