“Yalvarıram...”


Dəfələrlə İcbari Tibbi Sığorta Agentliyinə və Səhiyyə Nazirliyinə məktublar yazmışıq ki, bizə yardım edin. İmkanımız yoxdur ki, müalicəni davam etdirək, atası da xəstədir, özümüz əliqabarlı kəndçiyik”.

Onun ailəsi Yevlax Şəhər İcra Hakimiyyətindən, rayonun deputatlarından kömək istəyir. Baloğlanın anası prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyevə müraciət edib.

O, oğlunun həyatda qalması üçün bütün imkanlı şəxslərə yalvararaq yardım göstərilməsini xahiş edib: “Mən bir ana kimi səsimə səs verməyinizi xahiş edirəm. Balamın yaşaması üçün Allah və insanlıq naminə kömək edin”.

Biz Cahan.info olaraq Yevlaxın icra başçısı Qoca Səmədovun, deputat İlham Məmmədovun, səhiyyə naziri Oqtay Şirəliyevin bir gəncin həyatına laqeyd qalmamağa çağırırıq. Ümidvarıq ki, bu kasıb, ümidsiz ailənin həyatına çıraq salacaqsınız.