Göyçay Məşğulluq Mərkəzinin direktoru Namiq İsmayılovun vəzifədə saxlanması, fəaliyyətinin yoxlanmaması qardaşının Sabirabadın icra başçısı Nazim İsmayılov olması ilə izah edirlər.
Cahan.info sosial şəbəkələrə istinadən yazır ki, əmək və əhalinin sosial müdafiəsi naziri, islahatçı gənc məmur Sahil Babayevdən N.İsmayılovun postunda saxlanması xahiş edildiyi deyilir.
İddialara görə, Sabirabadın icra başçısı nazirliyə çıxaraq qardaşının Göyçayda Məşğulluq Mərkəzi direktoru qalması üçün minnətçi düşüb.
Çünki Namiq İsmayılovun işdən azad olunması bir müddət əvvəl an məsələsi olub, nazir bərk qəzəblənib, onun işində nöqsanlar aşkarlayıb, eyni zamanda mətbuatda haqqında gedən yazılarla tanış olub, bu imicə malik bir məmurla işləmək istəmədiyini açıqlayıb.
N.İsmayılovun işə düzəltmək üçün qeyri-rəsmi tələblər irəli sürdüyü haqda iddialar səslənirdi, hətta bir sakin onu rüşvət istəməkdə ittiham eləmişdi, sonra həmin vətəndaşa təzyiq göstərdilər, dediklərini geri götürdü, medianı qınadı.
Amma Göyçay MM-də iş prinsipinin nədən ibarət olması çoxlarına, xüsusən yerli sakinlərə məlumdur. Sadəcə, icra başçısının qardaşı olması onun vəzifə yerini möhkəm saxlayıb, istədiyi kimi işləyir.
Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılovun vəzifəsinin öhdəsindən gəlmədiyi, vətəndaşların iş üçün müraciət edəndə əliboş qaytarıldığı deyilir. N.İsmayılovun fəaliyyətində yenilik müşahidə olunmayıb.
Bir müddət əvvəl Hacağabəyli kənd sakini Yusif Xasıyevdən 800 manat pul istədiyi barədə ittihamlarla gündəmə gəlmiş, şikayətçinin videosu yayıldıqdan sonra ona əksini söyləməyə məcbur etmiş N.İsmayılov işsizlərə müavinət ayrılması, iş təminatı ilə bağlı insanlara kömək etmir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq sektorunda mərkəz direktorlarının şəffaf işləməsini tələb edir. Yeni nazir Sahil Babayevin bu sahədə müsbət dəyişikliklər edəcəyi məlumat verilir.
Amma N.İsmayılovun Göyçay rayonu Məşğulluq Mərkəzindəki iş prinsipi dəyişməyib. Bu haqda mətbuatda Mərkəz direktorunun iş yerlərini satışa çıxardığı haqda açıqlamalar olmuşdu. Hüquq müdafiəçisi Rahim Bayramov Feysbukda yazmışdı:
“Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edir.
Növbədə olan vətəndaşların deməsinə görə 500-700 manat arası pul verən vətəndaşların işlə təmin olunması təmin olunur.
Bu da digərlərinin narazılığına səbəb olur. Dostluğumda olan bütün müstəqil jurnalistlərdən və ictimai fəallardan bu məsələni diqqətdə saxlamağı və paylaşmağı xahiş edirəm”.
Göyçayda işsizlik günbəgün artır. Kəndlərdə daha çox iş probemi yaşanır. Hər il isə nazirliyə hesabat verilir ki, vətəndaşlar işlə təmin olunurlar.
AzEuroNews.comyazmışdı ki, Göyçayda mağaza müdiri, YAP-ın Göyçay Təşkilatının təlimatçısı Laçın İsmayılov 17 yaşlı keçmiş satıcısı Səid Mahmudlunu 20 manat kassa əskikliyinə görə başının dəstəsilə 2 dəfə evindən çıxararaq şəxsi avtomobili ilə şəhər kənarında olan Şirvan kanalının yanına aparmışdı.
Bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov yazmışdı. Onun sözlərinə görə, orada Səidə qarşı hədə-qorxu, təhqir və s. qeyri insani hərəkətlər edilib.
Məlum olub ki, quldurluğa meyl edən bu YAP-çı Sabirabadın icra başçısı Nazim İsmayılovun qardaşı oğludur.
Başçının oğlu isə villaları, avtoqəzaları ilə gündəmdə olub. Yəni, İsmayılovlar belə tanınırlar.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.