Şair Alxasov Qusarı necə talan edir... - Prezidentə müraciət olundu

 
Azərbaycan Respublikasının prezidenti
Hörmətli, İlham Əliyev cənablarına

Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən

Müraciət

Hörmətli cənab prezdent !
Sizin siyasi, mədəni, iqtisadi siyasətinizi, korrupsiyaya qarşı mübarizə tədbirləri barədə verdiyiniz sərəncamlarınızı bəyənərək, daima dəstəkləməyə hazırıq.

Hörmətli cənab prezdent !
Sərəncamınızla Qusar RİHB-sı təyin olunmuş, " Vətənə layiqli xidmətlərinə " görə 2-ci dərəcəli ordenlə təltif etdiyiniz Şair Alxasov nəinki Qusar əhalisinə xidmət edir, onun qanunsuz əməlləri, özbaşınalıqları bütün sərhədləri aşaraq böhran həddinə çatmaqla, gırmızı xətti keçmişdir.

Qusar RİHB-sı Şair Alxasov Qusarlıların heç bir problemini həll etmir,vətəndaşlarla təvəzökar davranmır, işsiz Qusar rayon camaatının işlə təmin etmək məqsədiilə heç bir təşəbbüs göstərmir, niyyəti isə, Qusar rayonunda qanunsuz, yollarla çoxlu əmlak əldə etməklə, ancaq və ancaq kommersiya obyektlərini sayını artırmaqla milyonlarla vəsait əldə etməkdən ibarətdir

Hörmətli cənab prezdent !

Qusar RİHB-sı Şair Alxasovun qanusuz, əldə etdiyi, öz yaxınların, qohumların, naməlum vəzifəli şəxslərin adlarına özəlləşdirilməsi iddia olunan torpaq sahələrin, yaşayış evlərin, kommersiya təyinatlı obyektlərin siyahısının bir qismi ilə məlumat üçün Sizi tanış etməklə, Şair Alxasovun qanunsuz, korrupsiya tərkibli cinayət hərəkətlərinə hüquqi qiymət verilməklə, fəaliyyətinin yoxlanılmasına sərəncam verilməklə, barəsində qanunamüvafiq tədbir görülməsi üçün aidiyyatı üzrə tapşırıq verməyinizi Sizdən xahiş edirəm.

Qusar RİHB-sı Şair Alxasova məxsusluğu iddia olunan, öz yaxınlarının, qohumlarının, naməlum vəzifəli şəxslərin adlarına özəlləşdirdiyi torpaq sahələr, həmin torpaq sahələrdə tikdiyi milyonlarla dəyəri olan kommersiya obyektlərin mənə məlum olanların bir hissəsi aşağıdakılardır :

1. Qusar RİHB-sı Şair Alxasov, Qusar şəhərində, Təhsil Nazirliyin balansında uzun müddət fəaliyyət göstərmiş internat məktəbin 2 hektara yaxın meyvə bağ sahəsini, vəzifə səlahiyyətlərindən sui istifadə edərək, sənədlərdə qanunsuz düzəliş etdirməklə, sənədləri saxtalaşdırmaqla, naməlum Sumqayıt Şəhər sakininə su qiymətinə satmaqla, həmin torpaq sahə mişar daşı ilə hasara aldırmaqla 2 il müddətində hərəkətsiz saxlamışdır. İnternat məktəbin balansında olan, " Çatal " adlı yüzlərlə hektar torpaq sahəsi də, Şair Alxasov tərəfindən qanunsuz zəbt edilməklə özəlləşdirilmişdir.

2019- cu ildə naməlum Sumqayıt şəhər sakini Şair Alxasovun tapşırığı, rəhbərliyi ilə, həmin torpaq sahəni hər sotunu 5 - 10 min manata Qusar əhalisinə, naməlum vəzifəli şəxslərə satdırmaqla, sənədləri Qusar rayon notariusunda rəsmləşdirilməklə milyonlarla vəsait əldə etmişdir.

Hal-hazırda həmin ərazidə mövcud 2 hektar meyvə ağacları qanunsuz kəsilərək, yaşayış evləri tikilməkdədir. 20-ildən çoxdur ki, torpaq növbəsində dursam da, 3 ailəli övladıma fərdi yaşayış evin tikilməsi məqsədilə bir sot torpaq sahəsi verilmədiyi halda, nəyə görə Qusar RİHB-sı Şair Alxasov özbaşınalıq edərək, qanunsuzluq etməklə, Qusar şəhərin mərkəzində olan yüz hektara yaxın torpaq sahəni zəbt etməklə çoxlu varidat sahibi olmalıdır ?

Qusar RİHB-sı Şair Alxasov Qusar şəhər bələdiyyəsinin səlahiyyətlərini qanunsuz məhdudlaşdırmaqla, onun hüquqlarını əlindən almaqla, Qusar şəhərində Qusar bələdiyyəsinin balansında olan torpaqları özü istədiyi vəzifəli şəxslərə satmaqla məşğuldur.

Onun bir amalı var :

Mümkün qədər çoxlu Dövlət əmlakını zəbt edərək mülkiyyətinə keçirməklə, öz biznes imperiyasını genişləndirməklə, var-dövlət sahibi olmaq.

2. Şair Alxasov Qusar şəhərin mərkəzində uzun müddət uşaq xəstəxanası kimi fəaliyyət göstərmiş, təzə xəstəxana tikiləndən sonra həmin ərazidən köçürülmüş xəstəxananın 2, 5 ha torpaq sahəsini qanunsuz yollarla zəbt edərək, həmin ərazidəki qiymətli ağacları kəsdirərək, özünə təzə bazar tikməklə, Qusar şəhərində mövcud köhnə bazarda sahibkarları zor gücünə öz bazarına aparmaq istəmiş, lakin onun bu çirkin əməli baş tutmayaraq, sahibkarlar həmin bazara getməkdən imtina etməklə, Şair Alxasovun qanunsuz hərəkətlərindən Qusar rayon prokurorluğuna, KİV--nə və digər Dövlət organlarına şikayət etmişlər. Şair Alxasov barəsində edilmiş şikayətlər hal-hazıra qədər heç bir nəticə verməyərək, aidiyyatı Dövlət organları cinayət tərkibli hərəkət etmiş Qusar RİHB-sı Şair Alxasov barəsində qanunamüvafiq ölçü götürülməmişdir.

Şair Alxasov Qusar şəhərin mərkəzində, Heydər Əliyev prospektində uzun müddət fəaliyyət göstərmiş, Təhsil Nazirliyin balansında olan 4 saylı natamam orta məktəbin binasını sökməklə, məktəbə məxsus 2, 5 hektara yaxın torpaq sahəsini zəbt etməklə, həmin ərazidə olan qiymətli ağacları kəsdirərək, özünə milyonlarla dəyəri olan zirzəmili, 5 mərtəbəli kommersiya təyinatlı obyekt inşa etdirmişdir.

3. Şair Alxasov Qusar rayonuna raykom, icra başçı təyin edilən vəzifəli şəxslər üçün Dövlət vəsaiti hesabına tikilmiş yaşayış evini sökərək, 0, 50 ha torpaq sahəni zəbt edərək, qiymətli ağacları kəsdirərək, həmin ərazidə naməlum kommersiya təyinatlı obyektlər tikməkdədir.

4. Şair Alxasov Təhsil Nazirliyin balansında olan, Qusar şəhərin mərkəzində mıvcud olmuş, " Müəllimlər evi " adlanan müəssənin torpaq sahəsni qanunsuz zəbt edərək, həmin torpaq sahədə zirzəmili, hər cür şəraiti olan 3 mərtəbəli yaşayış evi tikməklə, həmin evi yüksək qiymətlə satışa çıxarmışdır.

5. Şair Alxasov Qusar şəhərində təbii park sayılan Nəriman Nərimanov adına mərkəzi parkın torpaq sahəsini zəbt edərək, əsrlərlə yaşı olan qiymətli ağacları kəsdirərək, həmin ərazidə özünə məxsus " Yaşıl Park " adlı retoranın ərazisini genişləndirməklə, restorana gələn avtomaşınlar üçün avtodayanacaq tikmişdir.

6. Şair Alxasov Qusardakı Bayraq Meydanın ( Qusar Meşə fondunun ) 0, 20 ha torpaq sahəsini qanunsuz zəbt etməklə, həmin ərazidə özünə milyonlarla dəyərində olan restoran tikməklə istifadəyə vermişdir.

7. Şair Alxasov Qusarda mövcud xristian məzarlığın torpaq sahəsini zəbt etməklə, məzar qalıqlarını, məzar daşlarını Qusar camaatının gözü qarşısında yük maşınlarına yükləməklə, vandallıq etməklə, allahından bəlasından qorxmayaraq, allahsızlıq etməklə, naməlum istiqamətə daşıtdırmaqla, məzar qalıqlarını torpaq qatı örtülməsinə tapşırıq vermişdir.
Şair Alxasov allahından qorxmayaraq, hal-hazırda həmin məzarlıqda naməlum təyinatlı kommersiya obyekti tikməkdədir. Həmin məzarlığın bir hissəsində, yəni, 0, 50 ha torpaq sahəsini Şair Alxasov öz müavini Elman Mustafayevə sataraq, Elman Mustafayev həmin məzarlıqda avtoyuma, çayxana, mağaza, restoran və digər kommersiya təyinatlı obyektləri tikməklə istifadəyə vermişdir. Şair Alxasovun İH-in digər vəzifəli şəxslərin dələduzluğu, tamahkarlığı Qusar camaaatını hiddətləndirmişdir.

8. Şair Alxasov Qusar Meşə fondunun təxminən 100 hektara yaxın torpaq sahəsini qanunsuz olaraq naməlum vətəndaşlara satmaqla, hal-hazırda həmin torpaq sahələrdə yaşayış evləri tikilməklə vətəndaşlar yaşamaqdadır.

9. Şair Alxasov Qusar rayonunda mövcud Mərkəzi xəstəxananın ətrafındakı 0, 50 hektara yaxın torpaq sahəsini zəbt etməklə, həmin ərazidə aptek, restoran, avtoyuma, avtomobillərin təmiri sexləri və digər təyinatlı obyektlər tikməklə istifadəyə vermişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində hal-hazırda Qusar rayon Meşə fondunun 15 ha torpaq sahəsinin vətəndaşlara qanunsuz satılması barədə araşdırmalar davam etməkdədir. Əfsuslar olsun ki, bir neçə il müddətində prokurorluq organları tərəfindən cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxsər axtarıb tapılmaqla, onlar barəsində cinayət işlərin başlanılması barədə heç bir qərar qəbul edilməmişdir.

9. İddia olunur ki, Qusar rayonunda mövcud, Nəriman Nərimanov adına mərkəzi parkın bir hissəsi də, Qusar RİHB-sı Şair Alxasovun qanunsuz tapşırığı ilə naməlum vəzifəli şəxslərə satılmışdır.

Hörmətli cənab prezdent !
Bu qədər kommersiya obyektləri olan Şair Alxasov Qusar camaatına xidmət edə bilərmi ?

Sual olunur :

Qusarlıların haqqını tapdalayan, Dövlət əmlakını mənimsəyən, vətəndaşların yaşayış evlərini məhkəmənin qərarı olmadansökdürməklə, bütün əmlaklarını məhv edərək, vəzifə səlahiyyətlərindən sui istifadə edən, vətəndaşların Konstitusiya hüquqlarını qorumayan, vətəndaşları azad, firavan yaşamağını bilərəkdən məhdudlaşdıran Qusar RİHB-sı Şair Alxasovu himayə edən, onun qanunsuz, cinayət tərkibli hərəkətlərini müdafiə edən yüksək vəzifəli MƏMUR kimdir ?

Hansı səbəbə görə vətəndaş müraciətlərinə baxılmır ?

Azərbaycan Respublikasının Müqəddəss qanunları niyə Qusar RİHB-sı Şair Alxasova şamil olunmur ?

Yuxarıda qeyd etdiklərim nəzərə alaraq, Siz də görürsünüz ki, Qusar rayonuna icra başçı təyin etdiyiniz, Vətənə layiqli xidmət etdiyinə görə, fəaliyyətini yüksək qiymətləndirməklə, 2-ci dərəcəli Dövlət ordeni ilə təltif etdiyiniz Qusar RİHB-sı Şair Alxasov Vətənə, Xalqına, Qusar camaatının xidmətində necə ayıq-sayıq durmuşdur.

Azərbaycan Respublikasının prezdenti İlham Əliyev cənablarına yazılmış müraciət KİV-nə göndərilir.

Qeyd : Məlumata Qusar şəhərində Qusar RİHB-sı Şair Alxasova məxsus obyektlərin fotoşəkillər ( fotofaktlar )əlavə olunur.

Qusar şəhər sakini, 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu.
azerinfo.az


Şair Alxasov Qusarı necə talan edir...
Şair Alxasov Qusarı necə talan edir...
Şair Alxasov Qusarı necə talan edir...
Şair Alxasov Qusarı necə talan edir...
Şair Alxasov Qusarı necə talan edir...
Şair Alxasov Qusarı necə talan edir...
 
Tarix: 15-05-2019, 09:54
Xəbəri paylaş





Xəbər lenti