Qazax Magistral Qaz Kəmərləri Sahəsi Qaz İxrac İdarəsindən şikayət

 Redaksiyamıza Qazax rayon sakini Məhəmməd Qasımov tərəfindən şikayət məktubu daxil olub. Şikayətçinin cumhuriyyet.az-a yazdıqlarını olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Qasımov Məhəmməd Məşğulluq İdarəsinin vasitəsilə Qazax Magistral Qaz Kəmərləri Sahəsi Qaz İxrac İdarəsində xidməti müqavilə ilə fərdi sahibkar kimi işləyirəm. Ailəm 5 nəfər, 250 azn maaş alıram və təbii ki, bu maaş məni qane etmir. İşsizliyin aradan qaldırılması məqsədilə işlə təmin olunmuşam amma yarımçıq iş. Aldığım maaşla əlaqədar qanun pozuntuları haqqında baş idarədən yoxlama kimi gələn yuxarı vəzifəli nümayəndələrə, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinə, Dövlət Əmək müfəttişliyinə şikayətlər etmişəm ancaq baxmırlar mənim şikayətlərimə. Səbəb də onu göstərirlər ki, siz xidməti müqavilə ilə işləyirsiniz. Bizim işimizə nəzarət edənlərə üzümü tuturam, mənim müqaviləmin əmək müqaviləsinə dəyişdirəsiniz və maaşımın yüksəlməsinə köməklik göstərəsiniz. Mən 2016-cı ildən işləyirəm. Vergi ödəyicisi kimi VÖEN açdılar xidməti müqavilə ilə işə götürdülər.Bu nə dərəcədə doğrudur.Müqaviləmdə 276 azn aklad maaş göstərildi.Sosial sığorta,vergi,bank xərcləri çıxdıqdan sonra karta 250 azn köçdü.Bu pulu da çıxartmaq mümkün deyil çünki sadələşdirilmiş vergi adı ilə 2 azn 50 qəpik tuturlar.2018-ci ilin axırı müqaviləni təzələyəndə akladı 288 azn 20 qəpik etdilər.Yəni 12 azn 20 qəpik artım oldu bu da bizim xeyrimizə yox öz xərcləri üçün. Asan Xidmətlə asan imza ilə əlaqədar müqavilə bağladıq 2 azn 50 qəpikdə buna çıxıldı.Minumum əmək haqqı 130 azndən 180 azn-ə qalxanda sosial sığorta hər ay bizdən tutulan 15 azn 60 qəpiyi 21 azn 60 qəpik etdi.Yəni bizə heç bir xeyri olmadı.Üstəlik aldığımız puldan da 6 azn kəsdilər.Mənim bu qədər xırdalıqları yazmağımın məqsədi budur ki,yəni biləsiniz bu sahədə necə özbaşınalıqlar edilir,maaşımızın üzərində necə oyunlar oynanılır.Bunlardan yuxarıda oturan qurum bu məsələlərlə cidd məşğul olmalarını xahiş və tələb edirəm.Mənim bir azərbaycanlı kimi yaxşı maaş almaq,öz ailəmlə yaxşı yaşamaq haqqımızdır. Biz 4-cü ildi işləyirik məzuniyyət haqqından istifadə edə bilmirik.Əmək kitabcasına işlədiyimiz illər qeyd edilmir.İş yoldaşımın anası rəhmətə getdi 3 gün ödənişli məzuniyyətə icazə verildiyi halda istifadə edə bilmədi və evdə qaldığı günlərin pulunu kəsdilər”.
Tarix: 20-05-2019, 02:15
Xəbəri paylaş





Xəbər lenti