Astarada təhsilin anasını ağladırlar... - İDDİA


Astarada təhsilin anasını ağladırlar...
Qədimdə İran dövlətində korrupsiyanın qarşısını almaq üçün çox sərt bir üsul varmış. Rüşvətlə yaxalanmış məmurun dərisini soyar, həmin dərini oturduğu kreslonun üzünə çəkərmişlər. Yeni təyin olan məmur hər dəfə kresloiya oturanda sələfinin aqibətin görüb rüşvətdən imtina edərmiş.
Bu hadisəni yada salmaqda məqsədim var. Yadınızdadırda 2015-ci ildə Astara Pedaqoji Kollecinin o zamankı direktoru “iş başında”-rüşvət alarkən həbs olunmuşdu.
Az qalırdı aldığı pulu basıb ağzına yeyə ki, iz itsin. Məhkəmə oldu, iş aldı getdi.
Astaralılar fikirləşdi ki, bu dəfə normal direktor gələr.
Bu qədər “zəngin” ənənələri olan Kollecdə o vaxtdan çox sular axsa da, dəyişən bir şey olmayıb. Düzdür, Kollecin direktoru dəyişilib-keçmiş Təhsil naziri Mikayıl Cabbarov öz müşaviri Ağababa İbrahimovu buraya yeni rəhbər təyin edib. Biz bilmirik Mikayıl müəllim A. İbrahimovu cənub bölgəsinə göndərəndə onun qarşısına hansı vəzifələr qoyub. Ancaq onu dəqiq bilirik ki, 2015-ci ildən sonra kollecdə dəyişən bir də qiymətlər olub. Elə güman etməyin ki, tələbələr Ağababa müəllimin gəlişindən ilhamlanaraq hamısı əlaçı olub, 3-ləri 5-lərə dəyişiblər. Əlbbətdə ki, yox ! Burada 3-lərin 5-lərə çevrilməsi prosesi pul haqq-hesabında baş verib.

Azerinfo.az-a məlumat verən tələbələr bildirirlər ki, hal hazırda kollecdə “işin razqar “ vaxtıdır. Tələbələr az qala müəllimlərin kölgəsindən də qaçırlar ki, birdən yenə pul istəyərlər. Ümumiyyətlə bütün semestr boyunca Kollecdə pul hər zaman ön plandadır. Dərsə gəlməmək də, aylığa getmək də, oxumamaq da problem deyil. Əsas məsələ odur ki, bütün bunları ört-basdır etmək üçün yetərincə pulun olsun.

Etiraz edən tələbələrə müəllimlər bildirirlər ki, onlar hər bir tələbə üçün direktora haqq verirlər. Pulu verməyə imkanı olmayan tələbələrə müəllimlər “indi mən sənin yerinə cibimdən pul qoymalı deyiləm ki” deyərək hədə-qorxu gəlirlər. Hətta əlacı kəsilən tələbələrdən biri anasının nişan üzüyünü sataraq direktorun “xəcalətindən” çıxıb.

Ardı var.
 
Tarix: 21-05-2019, 13:56
Xəbəri paylaş





Xəbər lenti