Ağstafa Regional Mədəniyyət İdarəsini bərbat hala salan ixtisasca mühəndis Ramiz Quliyev havadarlarının əli ilə haqlı yazılardan canını qurtararaq Ağdaş Regional Mədəniyyət İdarəsinə qaça bildi. Lakin onun belə qaçışı çox da uzağa gedəbilməməsinə bir işarədir. Ona görə ki, Qazax, Ağstafa və Tovuz mədəniyyətini “can üstə” qoyan mühəndis Ramiz Quliyev burada çıxardığı “hoqqaları” mütləq Ağdaş Regional Mədəniyyət İdarəsində də təkrarlayacaq.
Atalardan belə bir misal da var: “Öyrənən can durmaz”.
Yenə musiqi məktəblərinin üzərinə aylıq haqq qoymaq, ixtisar adı ilə pul yığımı, hədə-qorxu Ramiz Quliyev üçün prioritet məsələyə çevriləcəkdir. Yazı çapa hazırlananrkən adının çəkilməsini istəməyən Ağdaş sakini, mədəniyyət işçisi Ramuz Quliyevin bəd gəlişini heç də alqışlamadı. Artıq Ramiz Quliyevin məqsədli qəzəbinə tuş gəldiklərini söylədi. O qeyd etdi ki, “kişi mədəniyyət sahəsinəəvvəlcə çalışdığı qaz idarəsi kimi baxır. Elə bilir ki, mədəniyyət yerdən çıxır. Hər an hər bir işçinin əl-ayağını güdür.”
Təəssüflər olsun ki, Ağstafada çalışarkən inventarlaşmada çoxlu vəsait mənimsəyən Ramiz Quliyev Ağdaşa əmrini ötən ilin dekabrında ala bilmədi. Ala bisəydi orada da çox şeyləri mənimsəyərdi. O səbirsizliklə bu ilin sonunu gözləyir.
Ramiz Quliyevin ixtisası heç cürə imkan vermir ki, mədəniyyət sahəsi ilə məşğul olsun. Belə ki hər üç rayonun icra başçıları korrupsiya və rüşvətxorluğa qarşı mübarizə apardıqları halda Ramiz Quliyev işçilərdən pul tələb etməkləməşğul idi. Bu da Ramiz Quliyevə qarşı üç rayonun icra başçıları tərəfindən narazılıqlar yaratmışdı. İnana bilmərik ki, bu Ağdaş Regional Mədəniyyət İdarəsində də baş verməsin…
Ramiz Quliyevin ailəsi Bakıda olması da işə ciddi maneələr yardır. Əvvəla, bu yaşda, özü də mədəniyyət sahəsindən təcrübsəi olmayan kadra nə ehtiyac var ki, belə bir işdə çalışsın? Əqidəsi sovet psixologiyası üzrəköklənmiş Pamiz Quliyevə keç kim inana bilməz ki, bu ağsaqqal nə isə yenilik edə biləcək.
Ramiz Quliyev həm də özünü sevən bir insandır. Hamıya üstdən aşağı baxmağı xoşlayandı. Bunun özü dəmədəniyyətə əngəl yaradır.
P.S Xatırladaq ki, Ağstafa Regional Mədəniyyət İdarəsini bərbat hala salan Ramiz Quliyevin rəsmi yeyintisi aşkar edilib:
Mediaxeberleri.az-ın məlumatına görə, audit 2014-2017-ci illər və 2018-ci ilin yanvar-sentyabr ayları üzrə Ağstafa Rayon İcra Hakimiyyətinin sifarişinə əsasən, Ağstafa rayon Mədəniyyət Evinin əsaslı təmiri üzrə 2018-ci ilin dekabr ayının 3-dən 15-dək aparılıb.
Ağstafa rayon Mədəniyyət Evinin əsaslı təmiri obyektinin layihə-smeta sənədləri şirkət tərəfindən hazırlanıb vəTikintidə Qiymətqoyma Mərkəzi tərəfindən obyektin 2014-cü ilin sentyabr ayı üzrə artım əmsalı 28,53 olmaqla, ehtimal olunan müqavilə dəyəri 650,1 min manat təyin edilib. Agentliyin müvafiq razılıq məktubu əsasında 650 min manat məbləğdə podratçı ilə birbaşa (bir mənbədən) satınalma müqaviləsi bağlanıb, 650 min manat məbləğində işlərin yerinə yetirilməsi “İşlərin qəbulu haqqında Akt” lar ilə rəsmiləşdirilmiş və vəsait ödənilib. Obyektin tikintisi 2014-cü ilin oktyabr ayında başa çatmış və 2017-ci il 23 iyun tarixində qəbul komissiyasının müvafiq Aktı ilə istismara qəbul edilib.
Obyekt üzrə avadanlıqların dəyəri ƏDV-siz 177 min 600 manat məbləğində hesablanıb, faktiki 121 min 315 manat dəyərində avadanlıq quraşdırılıb. Avadanlıqlar üzrə yaranmış 56 min 285 manat fərq birbaşa podrat işlərinə aid edilərək xərc edilib. Yerinə yetirilməyən işlərin 2014-cü ilin oktyabr ayında tərtib edilmiş “İşlərin qəbulu haqqında Akt”a daxil edilərək podratçıya 27 min 298,4 manat məbləğində artıq vəsait ödənilməsinə yol verilib.
Bununla yanaşı, smeta sənədlərində nəzərdə tutulmuş və “İşlərin qəbulu haqqında Akt”lara bir sətirlə daxil edilmiş “müvəqqəti bina və qurğular”a görə 5 min 448,6 manat və “nəzərdə tutulmayan işlər və xərclər”ə görə10842,13 manat, cəmi (ƏDV-siz) 16 min 290,73 manat vəsait podratçı təşkilata ödənilib. Həmçinin, bağlanmış müqavilənin 18.1-ci bəndinin şərtlərinə əməl edilmədən, keyfiyyət zəmanəti kimi saxlanılmalı 32,5 min manat məbləğində son ödəniş texniki təminat müddəti başa çatmadan icraçıya ödənilib.
Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin NÜMUNƏSİ”nin tələblərinə əməl olunmayaraq, podratçı təşkilatdan müqavilənin yerinə yetirilməsi təminatı tələb edilmədən, 650 min manat məbləğində satınalma müqaviləsi bağlanıb.
Satınalmalar keçirilərkən “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə tam riayət olunmayıb. Qanunun tələblərinə uyğun olaraq malgöndərənlərin (podratçıların) ixtisasına dair, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması və Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinəyetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında iddiaçı (podratçı) təşkilatdan qeyd olunan arayışlar vədigər təsdiqedici sənədlər tələb edilmədən ehtimal olunan dəyəri 650 min manat olan obyektin satınalması keçirilib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.