Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya. Göyçay şəhəri Natəvan küçəsi ev 70-də yaşayan Mayılova Minayə Seyidağa qızı tərəfindən
MÜRACİƏT
Hörmətli Mehriban xanım!
2002-ci ilin oktyabr ayında Göyçay rayon Potu kənd ərazisində yerləşən və Burcalıyev Vahid Məhəmmədəli oğlunun Burcalıyeva (Osmanova) Əsmayə Bilal qızının və Burcalıyev Səməd Vahid oğlunun birgə mülkiyyətində olan 1,15 ha torpaq sahəsini 41 000 (qırx bir min) ABŞ dollarına almışam. 15 oktyabr 2002-ci il tarixində mənim mülkiyyətçilərlə mənim 41 000 (qırx bir min) ABŞ dolları təqdim etməyim və onlarında məndən həmin məbləği qəbul etməklərinə dair alqı-satqı müqaviləsi bağlanıb. Bu torpaq sahəsinin 0,9849 hissəsinin üzərində mülkiyyət hüququm DƏDRX-nin 16 saylı ərazi idarəsində daşınmaz əmlakın dövlət reyestrində qeyda alınıb və mənə RX seriyalı 298000 saylı çıxarış verilib. Bu torpağın qalan 0,1690 ha hissəsi təbii fəlakət nəticəsində çay və sel sularının altında qlaraq çay yatağı ilə birləşmişdir.
Mənim xususi mülkiyyətimdə olan və Göyçay rayon Potu kəndində yerləşən bu torpaq sahəsi aldığım vaxtdan 2016-cı ilə qədər Göyçay rayon Potu kənd sakini Hacıyev Habil Məsim oğlu tərəfindən saxta sənədlər tərtib olunaraq zəbt edilmiş və uzun müddət onun qanunsuz sahibliyində olmuşdur. Buna görədə mən bu torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməmişəm. Halbu ki, bu müddət ərzində mən bu torpaq sahəsindən təyinatı üzrə istifadə etsəydim 85 000 (səksən beş min) manat gəlir əldə edərdim. Mən dəfələrlə Hacıyev Habil Məsim oğluna xususi mülkiyyətimdə olan bu torpaq sahəsindən çıxmasını tələb etsəmdə o bundan imtina etmişdir.
Xususi mülkiyyətimin zəbt olunması ilə bağlı Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciətim təmin olunub. Yəni Göyçay rayon Məhkəməsinin hakimi F. Əfəndiyevin 21 may 2015-ci il tarixli 2(046)-08/2015 iş nömrəli qətnaməsi ilə Hacıyev Habil Məsim oğluna Göyçay rayon Potu kənd bələdiyyəsi fondunun alqı-satqı predmeti olan həyətyanı torpaq sahəsindən 0,144 ha torpaq sahəsinin satılmasına dair Potu bələdiyyəsinin 22 dekabr 2003-cü il tarixli, 17 saylı qərarı həmin torpaq sahəsinin alqı-satqısına dair 22 dekabr 2003-cü il tarixli akt və həmin torpaq sahəsində cavabdeh Hacıyev Habil Məsim oğlu tərəfindən inşa edilmiş tikililər barədə 01 saylı reyestr kitabında 35-ci səhifədə, 140 reyestr nömrəsi ilə qeydə alınmış 11 mart 2005-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, iddiaçının mülkiyyətində olan Göyçay rayonu, Potu kəndinə yerləşən 0,9849 ha torpaq sahəsinin 0,25 ha torpaq sahəsində Hacıyev Habil Məsim oğlu tərəfindən inşa etdirilmiş tikililərin sökülməsi və həmin torpaq sahəsindən Hacıyev Habil Nəsim oğlunun çıxarılması, Göyçay rayonu, Potu kəndində yerləşən, iddiaçının mülkiyyətində olan Göyçay rayonu, Potu kəndinə yerləşən 0,9849 ha torpaq sahəsinin 0,25 ha torpaq sahəsinə Hacıyev Habil Məsim oğlunun yenidən daxil olmasına qadağa qoyulması qət edilmişdir.
Şəki Apellyasiya Məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(107)-23/2016 iş nömrəli qətnaməsi ilə Haçıyev Habil Məsim oğlunun apellyasiya şikayəti təmin olunmamış Göyçay rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Habil Hacıyev Ali Məhkəməyə kassasiya şikayəti vermiş və Ali Məhkəmənin Mülki Kollegiyasının 24 avqust 2016-cı il tarixli qətnaməsi ilə onun kassasiya şikayəti təmin olunmayaraq Şəki Apellyasiya Məhkəməsinin 04 fevral 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. 29 noyabr 2016-cı il tarixdə isə Göyçay rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli, 2(046)-08/2015 iş nömrəli qətnaməsi Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən tamamı ilə icra olunmuş və bu haqda akt tərtib olunmuşdur.
Göründüyü kimi mənim xususi mülkiyyətimdə olan Göyçay rayon Potu kəndində yerləşən 0,9849 ha torpaq sahəsi 2002-ci il tarixdən 2016-cı il tarixə qədər Göyçay şəhər Nəsimi küçəsi ev 22 ünvanında yaşayan Hacıyev Habil Məsim oğlu tərəfindən saxta sənədlərdən istifadə etməklə zəbt etmiş və qanunsuz olaraq uzun müddət onun sahibliyində olmuşdur. Bunun nəticəsində mən həmin torpaq sahəsindən istifadə edə bilməmişəm və buna görədə mənim mülkiyyət hüququm pozulmuşdur. Nəticədə mən bu torpaq sahəsindən təyinatı üzrə əldə edə biləcəyim gəlirdən məhrum olmuşam.
Torpaq sahəsindən əldə edə biləcəyim gəlirdən məhrum olduğuma görə «Əldən çıxmış pul tələbinə dair» iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişəm.Müraciətim icraata götürülüb və 29 may 2019-cu il tarixində saat 11.00-da hakim İbrahim Fəttahovun sədrliyi ilə məhkəmə iclası təyin olunub.
Mənim bu iddiam əsasında Göyçay rayon Məhkəməsinin hakimi Zəfər Quliyevin sədrliyi ilə bir neçə məhkəmə iclasıda keçirilib. Hətta mənim vəsatətim əsasında bu hakim Zəfər Quliyev iş üzrə 2002-ci il tarixindən 2016-cı il tarixə kimi bu torpaq sahəsindən təyinatı üzrə istifadə edib əldə edə biləcəyim gəlirin hesablanması üçün «Barat Consultancy» MMC mütəxəssis qismində cəlb olunması üçün qərarda vermişdir. «Barat Consultancy» MMC bu illər ərzində mənim əldə edə biləcəyim gəliri hesablayaraq məhkəməyə təqdim etmişdir.
Hörmətli Mehriban xanım!
İnanıram ki, 29 may 2019-cu il tarixində Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov keçirdiyi məhkəmə iclasında Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit olunmuş ədalət mühakiməsinin digər prinsiplərinə əməl edərək ədalətli və obyektiv qərar verəcək