İcra başçısı ilə bağlı ŞOK İDDİA - Prezidentə müraciət olundu


İcra başçısı ilə bağlı ŞOK İDDİA
Azərbaycan Respublikasının prezidenti
Hörmətli,
İlham Əliyev
cənablarına əlaqə : 070. 710. 18. 21 .

Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən

Şikayət

Hörmətli cənab prezdent !

Sizin daxili və xarici siyasətinizi hər an bəyənməklə, daima dəstəkləməyə hazırıq .

Siz həmişə, bütün müşavirələrdə, Azərbaycan Respublikasının ziyalıları, qaçqın -köçkünlərlə, sıravı zəhmətkeş vətəndaşlarla görüşlərində hər an alicənablığınızı nümayiş etdirməklə, vətəndaşlarla mədəni davranışınızı nümayiş etdirməklə, hər an ölkə vətəndaşlarının yanında olmağınızı, hər bir ölkə vətəndaşının prezdenti olmaqla, onların qanunla qorunan Konstitusiya hüquqlarının qoruyacağınıza söz verməklə, hal-hazıra qədər ölkə vətəndaşlarımızın azad, təhlükəsiz, şad və firavan yaşamasına tövhə verirsiniz.

Yuxarıda qeyd etdiklərim, danılmaz bir faktdır ki, Siz həmişə bütün yüksək vəzifə sahiblərinə, məmurlara ölkə vətəndaşları ilə təvəzökar davranmağı, vətəndaşlarımızın problem və xahişlərini qıssa müddət ərzində həll etməyini tövsiyyə edirsiniz.

Əfsuslar olsun ki, bəzən vəzifəli şəxslər Sizin tövsiyyələrinizi, tapşırıq və sərəncamlarınıza biganə yanaşaraq, vətəndaşların heç bir problemini həll etmir, onlarla təvəzökar davranmır, vəzifəli şəxslərə qanunla kommersiya fəaliyyəti ilə məşğul olması qadağan olunsa da, onlar ölkə prezdentinin tövsiyyə və sərəncamlarına məhəl qoymayaraq, öz biznesini genişləndirməklə, rayonda çoxlu sayda kommersiya təyinatlı obyektlər inşa etdirməklə, milyonlarla varidat əldə etmək eşqinə düşüblər.

Hesab edirəm ki, Azərbaycan Respublikasında onlardan biri, daha doğrusu birincisi Qusar RİHB-sı Şair Alxasovdur.

Vətənə layiqli xidmət etdiyinə sərəncamınızla 2-ci dərəcəli Dövlət ordeni ilə təltif etdiyiniz, ordenli Qusar RİHB-sı Şair Alxasovun qanunsuz hərəkətləri , tamamahkarlığı, dələduzluğu, özbaşınalığı ilə əlaqədar olaraq dəfələrlə Sizə etdiyim rəsmi müraciətlərin hal-hazıra qədər heç bir nəticə verməmiş, rəsmi müraraciətlərimə isə, mövcud qanunvericiliyə əsasən heç bir cavab verilməmişdir.

Hesab edirəm ki, aidiyyatı Dövlət məmurları müraciətlərimi, şikayətlərimi Sizə məruzə etməyərək, Qusar RİHB-sı Şair Alxasov cənablarının qanunsuz, cinayət tərkibli hərəkətlərini açıq-aşkar müdafiə etməklə, ondan aldığı qanunsuz hədiyyələrlə bəhrələnir.

Azərbaycan Respublikasında mövcud qanunvericiliyə əsasən, hər bir bir idarə, təşkilat, müəssisə, Dövlət və Hökumət organların rəhbərləri vətəndaşların müraciətlərinə, xahişlərinə müəyyən edilmiş müddət ərzində qanunvericiliyə əsasən cavab verməyə borcludur.

Qusar RİHB-sı Şair Alxasov Azərbaycan Respublikasının Torpaq, Su Məcəlləsinin qanunvericilik tələblərini bilərəkdən kobudca pozmaqla, Qusar çayın mühafizə zolağını, çay yatağını qanunsuz zəbt etməklə, Qusar şəhərində mövcud köhnə körpünun aşağı hissəsində dərinliyi 7-8 metrəyə yaxın çala qazımaqla, həmin ərazidə 3 ədəd hər birinin həcmi 70 ton olan dəmir çən yerləşdirməklə, AZPETROLA alternativ olan, onunla rəqabət apara biləcək, müasir tipli YDM- nin inşasına başlamaqla, Qusar əhalisinin enerji təchizatının tənzimlənməsinə töhfə vermək iddiasına düşmüşdür.

Qusar RİHB-sı Şair Alxasovun qanunsuz tapşırığı əsasında, Qusarda mövcud xristian məzarlığında kommersiya obyektləri tikilərkən həmin ərazidə mövcud məzar qalıqları, qəbir daşları YDM-si tikilən əraziyə daşınaraq torpaq qatı ilə örtülmüş, sonradan isə həmin ərazi ekskavatorla qazılaraq, yaxın gələcəkdə tikəcəyi YDM-si üçün nəzərdə tutulan, hər birinin həcmi 70 ton olan 3 ədəd dəmir çən yerləşdirilmişdir.

Təsadüfən həmin ərazidən keçən vaxt gördüm ki, Qusar RİHB-sı Şair Alxasovun, İH-in vəzifəli şəxslərin, Qusar şəhər bələdiyyəsinin əməkdaşları həmin ərazidə olmaqla, tikinti işlərə nəzarət etməsinin də şahidi olmuşam. Vəzifəli şəxslər həmin ərazidə tikiləcək YDM-nin Qusar RİHB-sı Şair Alxasov cənablarına məxsusluğunu təsdiq etməklə mənə etiraq etmişdir.

Həmin vaxt mən tikintiyə nəzarət edən vəzifəli şəxslərdən birinə sual verməklə soruşdum :

Quar RİHB-sı Şair Alxasov hansı əsasla, hansı ağılla, Azərbaycan Respublikasının qanunvericilik tələblərini bilərəkdən kobudca pozmaqla, Qusar çayın mühafizə zolağını, çay yatağını zəbt etməklə, həmin ərazidəki köhnə körpünün aşağı hissəsində dərin katlavan qazılmasına sərəncam verməklə, özünə YDM-nin inşası eşqinə düşmüşdür ?

Qusar RİHB-sı Şair Alxasovun tamahkarlığının, özbaşınalığının, dələduzluğunun niyə həddi - hüdudu yoxdur ?


Şair Alxasov həmin ərazidə mövcud, Qusar əhalisinin, avtomobillərin gündə istifadə etdiyi körpünün gələcəkdə
dağılacağından niyə xəbərsizdir?

Azərbaycan Respublikasında, rayonlarımızdan birində sahibkarlar tərəfindən körpünün olduğu ərazidən daş, çınqıl daşıması nəticəsində körpünün dağılması ilə əlaqədar, Azərbaycan Respublikasının prezdenti İlham Əliyev cənablarının tapşırığı əsasında vəzifəli şəxslər, hətta, prokurorluq əməkdaşlarının qanunsuz hərəkətləri aşkar edilməklə cəzalandırılması faktından Qusar RİHB-sı Şair Alxasovun xəbəri yoxdurmu?

Hörmətli cənab prezdent !

Qusar RİHB-sı Şair Alxasov cənablarının tamahkarlığı, dələduzluğu, özbaşınalığı nəticəsində Qusar camaatının hər gün istifadə etdiyi körpünün dağılacağından ehtiyat edirik.

Yuxarıda qeyd etdiklərim nəzərə alınmaqla, gələcəkdə Qusar camaatı tərəfindən hər gün istifadə etdiyi körpünün dağılmasının qarşısının alınması məqsədilə, həmin YDM-si tikilən əraziyə baxış keçirilməsi, Qusar RİHB-sı Şair Alxasov cənablarının Qusar rayonunda törətdikləri qanunsuz, cinayət tərkibli hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə aidiyyatı üzrə sərəncam verməyinizi Sizdən xahiş edirəm.

Tikinti aparılan ərazidə çəkilən fotofaktlar əlavə olunur.

Şikayətin surəti Prezdent aparatına, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov cənablarına ,tədbir görülməsi məqsədilə Qusar rayon prokuroru Mübariz Əhmədov cənablarına və KİV-nə göndərilir.

Qusar şəhər sakini, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu.
Siam.az
Tarix: 7-06-2019, 13:58
Xəbəri paylaş





Xəbər lenti