Elxan Usubovun durumu gərgindir - 240 min manatlıq yeyinti...
Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun durumu gərgindir. Bu barədə DİA.AZ-a rayondakı mənbələrdən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, Hesablama Palatası və Maliyyə Nazirliyinin ekspertləri tərəfindən Şəki RİH-də həyata keçirilən yoxlamalar nəticəsində ortaya çox ciddi yeyinti faktları çıxıb.
Mənbənin dia.az-a söylədikləri: "Burada söhbət təxminən 240 min manatlıq büdcə yeyintisindən gedir. Başçı hələlik "yuxarılara" tutarlı izahatverə bilməyib. Gərginlik qalır və bu məsələ Elxan Usubova təkcə vəzifəsi deyil, həm də hüquq-mühafizə orqanlarının hədəfinə çevrilməsi hesabına da başa gələ bilər".
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...